Qadin.NET / Quru göz sindromu

Quru göz sindromu

Quru mühitlərdə çox vaxt keçirməkdən və ya yaşadığımız mühitlə bağlı yaranan problem olan quru göz sindromu, eyni zamanda artıq dərəcədə televizor izləyən və kompüterdən istifadə edənlərdə görülən problemlərdən biridir. Xüsusilə də stol arxasında əyləşib işləyənlər quru göz sindromu xəstəliyinin təhdidi altındadır. Göz qırpma sıxlığını azaldacaq hər cür fakt bu problemə səbəb ola bilir. Bəs quru göz sindromu necə müalicə edilir?

Quru göz sindromunun müalicəsi
Quru göz sindromunun əlamatləri olan gözdə batma, göz yaşı miqdarının azalması şikayətləri hiss edilməyə başladığı zaman xəstə öz imkanları ilə bu problemi müalicə etməyə çalişmalıdır, çünki göz vacib bir orqan olduğu üçün insanın doğru bildiyi səhv tətbiqlər daha ciddi problemlər əmələ gətirə bilər. Quru göz sindromunun müalicəsi üçün mütləq göz həkimindən kömək alınmalıdır.

Quru göz sindromu
Quru göz sindromu şübhəsi ilə həkimə müraciət edən xəstələrə ilk olaraq kornea rəngləmə testləri, schirmer testi və gözyaşı osmolariti tərkibinin testləri tətbiq olunaraq problemin tam diaqnozu təmin olunur. Quru göz sindromu müalicəsi üçün başqa göz damcıları və göz gelindən istifadə etmək məsləhət görülür. Həkim tərəfindən məsləhət görülən dərmanların davamlı istifadəsi ilə həm insan əvvəlki göz sağlamlığına qovuşacaq, həm də ola biləcək təhlükələrin qarşısı alınmış olacaqdır.
Quru göz sindromu
10 yanvar 2013
GO BACK