Bu qanaxma, yuxarı tənəffüs yollarının qanaxma arasında birinci yeri tutur. Burun qanaxmaları otorinolarinqologiyada ən çox rast gəlinən şikayətlərdən biridir. Hər yaş qrupunda rast gəlinən burun qanaxmaları həm yerli, həm də ümumi səbəblərdən əmələ gələ bilər. Burundan gələn qan həmişə burundan gələn qanaxmaya dəlalət etmir, nəfəs yollarını daha dərin şöbəsindən qida borusundan mədədən axıb gələn qan da ola bilər.
Qan burnun arxa şöbəsindən qıtlağa axıb mədəyə gedir. Bu zaman əlamət qan qusmadır. Burun qanaxması buruna dəyən zərbələri, burun çəpəri əyriliyini, burun selikli qişasının qurumasını, burundaxili iltihabi prosesləri (allergik və qeyri-allergik rinitlər), sinusitləri, şişləri, uşaqların buruna barmaq və yaxud yad cisimlər salmasını göstərmək olar. Eyni zamanda davamlı asqırmaya, öskürməyə və burun silməyə şərait yaradan yuxarı tənəffüs yolları infeksiyaları da qanaxmaya səbəb ola bilir.
Ümumi səbəblərə isə yüksək qan təzyiqi, qan xəstəlikləri (laxtalanmanın pozulması, leykemiya və s.), bağırsaqda qurdların olması, bəzi dərman maddələrinin qəbulu və s. aid edilir. Travma, müxtəlif xoş xassəli ,bəd xassəli törəmələr zamanı ola bilər. Qanaxma burnun selikli qişasının hər hansı şöbəsinin əsasən burun ara kəsməsinin aşağı ön hissəsində burun girəcəyində aşağı ön hissəsindən gələ bilər.
Ilk yardım - burun pərəsini barmaqla tutur burun ara kəsməsini sıxmaqdır. Bu kömək etməsə onda burun boşluğunun ön hissəsinə hidrogen peroksidlə isladılmış kürə şəkilli steril pambıq və ya tənzil topacığı salınır. Ancaq qanaxma bu cür dayanmazsa və ya təkrar olunarsa həkim müayinəsi mütləqdir.