Qadin.NET / Tibbi bankalar

Tibbi bankalar

Tibbi bankalar

Bankalar dəriyə fiziki təsir edir. Altdakı toxumalara və üzvlərə çoxlu qan gəlməsini təmin edir,  iltihab (soyuqdəymə) hallarının sorulmasını yaxşılaşdırır və ağrını azaldır. Xəstəyə quru bankalar qoyulur.  Bunlar kolba şəkilli balaca şüşə stəkanlar olub ağzı yoğun və hamar, dibi enli və dəyirmidir. Bankaları döş qəfəsinə, qabaqdan sağa kürəyə, belə qoyurlar. Onurğa sütununa, ürək nahiyəsinə, qadınlarda süd vəzilərinə banka qoymaq olmaz.

Bankaya göstərişlər: döş qəfəsindəki üzvlərin iltihab prossesləri, qabırğaarası nevralogiyalar radikulitlər (bel ağrısı).

Əks göstərişlər: ağciyər qanaxmaları, ağciyər vərəmi, döş qəfəsinin şişləri, dəri xəstəlikləri, dərinin həddən artıq həssaslığı, qıcolmalar. 

Banka qoyulma qaydası: xəstəyə 10-20 banka qoyulur. Bankanı əvvəlcə yuyulur,  ağzının sınıq olub-olmamasına baxılır. 12-15 sm metal telə pambıq sarıyıb və onu tez alışan mayeyə (spirt) azca batırılır.

Tibbi bankalar

Bədəni yandırmasın deyə dəriyə vazelin və ya başqa bir yağ sürtülməlidir.  Bankanı sol əldə xəstənin bədəninə yaxın saxlayır, sağ əldə  isə tampon (pambıq topacığı) bankaya salıb çıxarılır və dərhal bədənə qoyulur. Bankadakı əmələ gəlmiş seyrəklik sayəsində dəri bankanın içərisinə sovrulur və banka bədənə möhkəm yapışır.

Tibbi bankalar

Bankalar yaxşı qoyulubsa dəri qaralır.

Demək, bura qan toplanmışdır. Bankanı çıxartdıqdan sonra xəstə qalın geyindirilir, üstü örtülür. Bundan sonra xəstə azı bir saat uzanmalıdır.

16 yanvar 2013
GO BACK