Qadin.NET / Birləşərək sağlamlıq saçan qidalar

Birləşərək sağlamlıq saçan qidalar

Bəzi qidalardan birgə istifadə edildiyi zaman faydaları artır və bir sıra xəstəliklərlə mübarizə aparmaq üçün sanki güclü bir silaha çevrilir. Daha möhkəm bir ürək,hamar bir dəri,güclü bir yaddaş, ya da incə bir belə sahib olmaq istəyirsiniz? O halda bir də bu qarışıqlardan istifadə edin.

 

Yaşıl çay+limon=Daha sağlam ürək

Güclü antioksidan təsiri ilə yaşıl çayın infakt riskini azaltdığını bilirik.Ancaq araşdırmalar nəticəsində bunun insanlara 20% təsir etdiyi ortaya çıxmışdır.

Ancaq bir yaxşı xəbərim var:elm adamları yaşıl çaya limon suyu əlavə olunduğu zaman 80% təsirli olduğunu söyləyirlər.

 Təmiz zeytun yağ+pomidor=Xəstəliklərə qarşı müqavimət

Bədəninizin müqavimətini salan və xəstəliklərə qapı açan sərbəst radikallara qarşı döyüşən beta karoten,E vitamini və C vitamini saxlayan antioksidan anbarı olan yeməklərdə maksimum faydanı təmin etmək üçün təmiz zeytun yağına ehtiyacımız var.

Noxud+qırmızı bibər=Qanazlığına çarə

Noxud qanazlığına qarşı bədənin ehtiyac duyduğu dəmir baxımından olduqca zəngindir.C vitamini anbarı olan qırmızı bibər isə noxuddakı dəmirin həll edilərək qan hüceyrələrinə işləməsini təmin edir.

Bal+darçın=Qüvvətli immunitet sistemi

Hər gün istifadə edilən bal və darçın immunitet sistemini qüvvətləndirir.Bədəni bakteriya və virusların hücumlarına qarşı qoruyur.Araşdırmalara görə, balda bir çox vitamin və bol miqdarda dəmir var.

Brokoli+pomidor=Xərçəngə qarşı

Brokoli və pomidor xərçəngə qarşı döyüşən ulduz tərəvəzlərdir.Araşdırmalar göstərir ki,bu iki tərəvəzin birlikdə yeyilməsi prostat xərçənginin böyüməsini yavaşladır,nəinki ayrı yeyilməsi.

Qara kələm+limon=Daha güclü sümüklər

Kalsium anbarı olan,hətta tərkibində ispanaqdan 3 qat çox kalsium  olan qara kələm sümükləri gücləndirmək üçün əla vasitədir.Bəs niyə limonla birlikdə yeyilməlidir?Çünki limonda olan C vitamini qara kələmdə olan kalsiumun bədənə daha yaxşı işləməsini təmin edir.

Yumurta+mango=Möhkəm dəri

Dərinin möhkəm olması üçün bir çox vitaminlər lazımdır.Mango C vitamini ilə zəngindir.Yumurta və mangonu birlikdə qəbul etsəniz, tez bir zamanda möhkəm və hamar dəriyə sahib olacaqsınız. 

2 fevral 2013
GO BACK