Qadin.NET / Appendisit

Appendisit

 

Appendisit

 

Appendisit faydalı bakteriyaların yuvasıdır. Uzunluğu 8-15 sm, diametri isə 1 sm olan soxulcana bənzər bu çıxıntı kor bağırsağın aşağı hissəsində yerləşir. Appendisitin əlamətləri sağ budun dibində və  qarında ağrılar, ürəkbulanma, qusma, temperaturun qalxması ilə özünü biruzə verir. Vaxtında cərrahi yolla müdaxilə olunmazsa, 18 saat ərzində appendisit partlayır. Əgər soxulcana bənzər çıxıntı (appendiks) partlayıb qarın ətrafına yayılsa, bunun pis fəsadları olur. Bu cür appendiks peritonit adlanır. Yox, əgər iltihablaşmış appendisitin ətrafına infiltrat yığılarsa, o  ya sorula, ya da irinləyə bilər. Buna görə də appendisitin ilkin əlamətlərini hiss edən kimi dərhal həkimə müraciət etmək gərəkdir. 

XX əsrin 30-cu illərində səbəbsiz yerə bütün uşaqların appendisitlərini kəsib götürməyə başladılar. Nəticədə həmin uşaqlar digər yaşıdlarından əqli və fiziki cəhətdən geridə qaldılar. O  vaxtlar həkimlər bunun izahını verə bilməmişdilər. Son illərdə həkimlər araşdırıblar ki,  uşaqlarda appendisit daha tez -tez və erkən yaşlarda rast gəlinir.

Appendisit
 Hazırda onun funksional rolu bəllidir - appendisit bağırsaqlarda yaşayan lazımlı bakteriyalar üçün sağlam mikroflora yaradaraq inkubator rolunu oynayır. Boğazdakı badamcıqlar kimi onun da divarlarında limfa yığınları var. Buna görə bəzən appendisiti “bağırsaq badamcığı” adlandırırlar.
Appendisit  

   Əvvəllər hesab edirdilər ki, appendisitə həzm olunmayan yad cisim düşdükdə o, iltihablaşır və appendisit yaranır. Bu səhvdir. Onun dəliyi bu cür cisimləri qəbul etmək üçün çox kiçikdir. Mütəxəssislər qeyd edir ki, appendisitin yaranma səbəbləri çox yemək və müxtəlif allergiyalardır. Appendisit yarandığı təqdirdə onu cərrahi yolla dərhal çıxarmaq lazımdır. 

6 aprel 2013
GO BACK