Fiziki yüklənmə yolu ilə
Məşqlər mütəmadi,həftədə 3 dəfədən az olmamaq şərtiylə 30-40 dəqiqə davam etməlidir. Bura qaçmaq, yerimək, xizək, velosiped sürmək, üzgüçülük və digərləri aiddir. Daha gözəl təsirli vasitə isə yoqadır, lakin fikir verin ki, nəfəs almanızın tezliyi və dərinliyi normada olsun.
Hamamda
Hamam itirilmiş gücü bərpa etmək və artıq çəkini atmaq üçün əlverişlidir. Isti hamamda orqanlar oksigenlə dolur, qan dövranı sürətlənir, ürəyin aktivliyi artır, ağciyərlər genişlənir. Tər vasitəsilə zəhərlər orqanizmdən çıxır. Hamam böyrək və ağciyərlərin işini stimulyasiya edir.
Düyü sıyığı ilə
Bu sadə,lakin effektiv vasitə Tibetdən qaynaqlanır. Axşamdan 1 xörək qaşığı yumru düyü götürün. Üzərinə qaynanmış soyuq su əlavə edib soyuducuya qoyun. Səhər suyunu boşaldıb o düyünü 3-4 dəqiqə qaynadıb ac qarına duzsuz yeyin, beləcə bu cür hazırlanmış düyü mədədə həzm olunmayaraq birbaşa yoğun bağırsağa keçib ordaki zəhərləri özünə çəkir.
Yulaf sünbülünün həlimi ilə
200 qram yulaf sünbülü götürün, üzərinə 2 litr su əlavə edib qarışdıraraq, 40 dəqiqə qaynadın. Sonra üstünü (kəfini) yığın, soyudun və gün ərzində yarım fincan olmaqla 5-6 dəfə için. Bu, həm təmizləyir, həm də qidalandırır.
Qaynanmış su ilə
Bu cür təmizlənmə kifayət qədər effektivdir. Qaynanmış isti su çəkini normaya salır, tədricən böyrəklərdən, qaraciyərdən qumları təmizləyir.
Hər səhər ac qarına yeməkdən 30 dəqiqə əvvəl bir fincan qaynanmış isti su içmək xeyirlidir. Suyu qurtum-qurtum için. Bu kurs 6 aya qədər davam edə bilər. Lakin təsiri tez hiss olunur: ağrılar gedir, sümüklər daha elastik olur, ən əsası artıq piylər parçalanır.