Qadin.NET / Diş Saglamlıgı

Diş Saglamlıgı

Diş Saglamlıgı


Dişlərinizi gündə üç dəfə diqqətlə fırçalayın. Həkimin tövsiyəsi ilə aldığınız diş fırçasını və ya diş məcununu 3 aydan tez dəyişməyin.
Dişlərinizi fırçalayarkən diş fırçanız quru olmalıdır. Digər tərəfdən, diş fırçanızın üzərinə noxud dənəsi boyda diş məcunu qoymaq kifayətdir.

Dişlərinizi fırçalayarkən alt və üst dişlərinizin qabaq və arxa tərəflərini yaxşıca təmizləyin.

Dişlərinizi 3-4 dəqiqədən az fırçalamayın.

Diş məcunundan istifadə edərkən...

Diş məcunundan çox istifadə etmək ziyandır.

Fırça üzərinə daha çox məcun tökmək dişlərin ağarmasına səbəb olmur, əksinə, ilkin aşınmaya, dişin mina qatının zədələnməsinə səbəb olur. Ona görə fırçaya fındıqdan böyük olmamaq şərti ilə məcun sürtmək lazımdır. Həmçinin dişi fırçalayarkən fırçaya 200-300 qramdan daha artıq qüvvə sərf olunursa, bu da mina təbəqəsinin zədələnməsi ilə nəticələnir.

7 mart 2009
GO BACK