Dünya Xərçəng Araşdırmaları Fondu, həyat tərziylə xərçəng riski arasındakı bağı ortaya qoyan, bu günə qədərki ən geniş əhatəli araşdırmanın nəticələrini açıqladı. Araşdırmaya görə, xərçəng riskini sala bilmək üçün 21 yaşından sonra həddindən artıq kökəlməməyə diqqət göstərmək, şəkərli içkilər və spirtdən uzaq dayanmaq, qırmızı əti də ölçülü istehlak etmək lazımdır.
Mütəxəssislərə görə, həddindən artıq zəifləməmək şərti ilə normal kiloda həyat davam etdirmək lazımdır. Çünki araşdırma, həyat tərziylə xərçəng riski arasındakı bağın çox böyük olduğunu göstərir.
Dahası, edilən araşdırma nəticələrinə görə, bədəndəki yağ nisbətiylə xərçəng arasında bilindiyindən çox daha böyük bir paralellik var. Bu nöqtədə mütəxəssislər, yağ nisbətinin bağırsaq və məmə xərçənginə gətirib çıxaran ən əhəmiyyətli faktorlardan olduğunu xatırladır.
Xərçəng riskini azaltmaq istəyənlər üçün diqqət yetirilməsi lazım olanlar arasında:
* Qırmızı ət istehlakınızı ölçülü tutmaq
* Spirti azaltmaq
* Kolbasa, sosiska kimi işlənmiş qidalardan uzaq dayanmaq
* 20li yaşlardan sonra həddindən artıq kilo almamaq
* Şəkərli içkiləri içməmək
* Hər gün məşq etmək
* Diyet həbləri istifadə etməmək
kimi təkliflər yer alır.
Araşdırmada, bədən-Kütlə İndeksi 18,5 ilə 25 arasında olanlar "sağlam kilo sahəsində" olaraq görülür. (bədən-Kütlə İndeksi, ağırlığın (kq) boyun (metr) kvadratına bölünməsiylə hesablanır.)
Xərçəngin "alın yazısı" olmadığını söyləyən mütəxəssislər, bu riski azaltmaq ya da artırmanın da böyük ölçüdə insanların əlində olduğunu xatırladır.