Qadin.NET / Gözəgörünməz dərman

Gözəgörünməz dərman

Nyu-Yorkun keçmiş meri Con Lindsey Los-Ancelosa ilk səfəri zamanı şəhərin üzərini almış sıx his qatını görəndə heyrətlənir. Onu qarşılayanların xətrinə dəymək istəməyərək deyir: "Mən havanı gözümlə gördüyümə inanmıram!" Haqlı iraddır. Həqiqətən iri şəhərlərin havası nadir hallarda təmiz olur.

Təmiz hava görünmür. Onun nə rəngi, nə iyi, nə də dadı var.Yalnız onun təsirinin nəticələrini görmək olar: bu nəticələr insanların simasında, bitkilərin, otların, dalğalanan buğdaların vəziyyətində öz əksini tapır. Adama elə gəlir ki,sərin hava isti havadan daha təmizdir.Lakin birincidə suyun miqdarının çoxluğunu və onun daha aşağı sıxlığa malik olduğunu nəzərə almasaq,hər ikisinin keyfiyyəti eynidir.Havanın 80 faizə qədərini azot, 20 faizə qədərini oksigen qazı təşkil edir.Cəmi bir faizə qədəri  isə karbon qazı və digər elementlərin payına düşür. Azot nəfəs aldığımız havadakı oksigeni həll etməklə yanaşı,bitkilər üçün çox əhəmiyyətli olan zülal sintezində də iştirak edir.

Havada bizə lazım olan miqdarda oksigen var.Nəfəs aldığımız havada oksigenin miqdarı 20 faizdən az olduqda, orqanizm oksigen balansını saxlamaq üçün daha çox qırmızı qan cisimcikləri hazırlamağa başlayır.

Boliviyanın və Perunun dağ rayonlarında dəniz səviyyəsindən 4 min metr hündürlükdə yaşayan inklərdə məhz bu mexanizmin fəaliyyət göstərdiyi müşahidə edilmişdir.Onların qanının bir kub millimetrində 7-8 milyon eritrosit olduğunu aşkar edilmişdir.Dəniz səviyyəsində yaşayanlarda isə eritrositlərin normal sayı 4,5-5 milyondur.

Əgər havada oksigenin miqdarı 20 faizdən yuxarı olsaydı, bu, insan üçün fəlakətə çevrilərdi.Oksigenin yüksək konsentrasiyası hətta qısa müddət ərzində belə ağciyərlərdə patoloji dəyişikliklərin əmələ gəlməsinə və göz büllurunun tutqunlaşmasına səbəb olur,xolesterin və yağların orqanizmdə oksidləşməsi nəticəsində xərçəg əmələ gətirən faktora çevrilə bilər.

13 fevral 2013
GO BACK