Qadin.NET / Hər yaşa ayrı vitamin

Hər yaşa ayrı vitamin

Hər yaşa ayrı vitamin

Mütəxəssislər hər yaşın ayrı bir qidalanma proqramı olduğunu ifadə edərək, vitamin həbləriylə deyil, qidalarla sağlam oluna biləcəyini vurğulayırlar. Elm adamları eynilə qidalanma kimi vitamin və mineral qəbulunun yaşa görə təyin olunması lazım olduğuna inanırlar. Üstəlik sağlamlığa gedən yol həblərdən deyil, qidalardan keçir. Yaşlanma müddətini yavaşlatmaq üçün yediyiniz qidaların keyfiyyətinə və bəsləyici xüsusiyyətinə son dərəcə diqqət yetirməyiniz lazımdır. Budur yetkinlikdən 70li yaşlara qədər hər yaş qrupunda özünüzü sağlam və gümrah hiss etməyinizi təmin edəcək qidalar.

Uşaqlıq və yetkinlik

Doğru qidalanma vərdişi mümkün olduqca azyaşlı olanda başlamalıdr. Uşaqlıq və yetkinlik illəri boyunca böyümə və inkişaf müddəti davam etdiyinə görə bu dövrdə vitamin və minerallara laqeydlik edilməməyi lazımdır. Kalsium, sümüklərin və dişlərin inkişafı üçün əsas olduğundan uşaqlar və gənclər, süd məhsullarını qidalanma siyahısından əskik etməməlidir. Ayrıca həyatlarının irəliləyən dövrlərində ürək xəstəlikləri risqiylə qarşı-qarşıya qalmaq istəməyən gənclər indidən yüksək nisbətdə yağ daxil olan qidalardan uzaq dayanmalıdr. Yetkinlik dövründəki qızlara isə adət dövrləri ilə birlikdə dəmir əskikliyi baş göstərdiyindən, gənc qızların ət, qabıqlı dəniz məhsulları, kartof, yaşıl yarpaqlı tərəvəzlər kimi dəmir baxımından zəngin bir qidalanma proqramları tətbiqi lazımdır. 

20-li yaşlar

İnsan həyatının bu ən məhsuldar və hərəkətli dövründə qidalanmağnıza diqqət yetirməsəniz, irəlidə ciddi sağlamlıq problemləriylə qarşılaşmağınız qaçınılmaz olacaq. Nişastalı qidalar, tərəvəz, meyvə, süd məhsulları ilə, zülallar tərəfindən zəngin balıq, yumurta, fındıq daxil olan balanslı bir qidalanma tətbiq edərək ehtiyacınız olan vitamin və mineralları da qəbul etmiş olarsınız. 20li yaşlarda ana-ata olmağı planlayanların isə qidalanma siyahılarında bəzi minerallara xüsusilə yer vermələkləri lazım ola bilər. Ət, balıq, süd, yumurta, fındıq, soğan və pendir, uşaq sahibi olmaqda böyük rol oynayır. Maqnezium əzələləri rahatlaşdırıcı təsiriylə adət dövründə meydana gələn qarın sancılarının aradan qaldırılmasında köməkçi olar. Paxlalılar, balıq, ət, yaşıl tərəvəzlər, banan, alma və quru ərikdə bol miqdarda maqnezium vardır.

30-lu yaşlar

Bu yaş qrupundakıların böyük bir bölümü (əgər hələ yoxsa) uşaq sahibi olmaq üçün özlərini hazır hiss edərlər. Uşaq sahibi olmağı düşünən ya da hamilə olan qadınlar fol turşusu qəbul etmələri lazımdır. Fol turşusu, körpənin ana qarnında sağlam bir şəkildə inkişaf edə bilməsi baxımından həyati əhəmiyyət daşıyar. Yaşlandıqca sümüklərimizdəki kalsiumu yavaş yavaş itirməyə başlayırıq. Bu vəziyyət, hər iki cinsi də hədələməsinə baxmayaraq, menopozla birlikdə bədənlərindəki progesteron və östrojen hormonları azalan qadınlara daha çox təsir edər. 35 yaşından etibarən sümüklər sıxlığını itirməyə başlar. İtirilmiş sümük sıxlığının kompensasiyası olmadığından, qadınlar 30lu yaşlardan etibarən sümüklərinin sıxlığını yüksək səviyyədə tuta bilməzlərsə irəlidə osteoporoz riski ilə qarşı-qarşıya qalarlar. 
Bu dövrdə kalsium baxımından zəngin bir qidalanma tətbiq olunmalı, yağlı süd ilə yağsız südün eyni nisbətdə kalsiuma sahib olduğu unudulmamalıdır. Maqnezium, fosfor, D, C, B6, K vitaminləri, yumurta, balıq və fındıqda olan biyotin, yenə bu dövrdə laqeydlik edilməməsi lazım olan əhəmiyyətli vitamin və minerallardır.
25 dekabr 2010
GO BACK