Qadin.NET / Gözaltı torbalar nədən yaranır?

Gözaltı torbalar nədən yaranır?



 

Gözaltı torba xanımların ən böyük qorxusu olmağa davam edir. Bəzən, yuxusuzluq və bir çox səbəblərə bağlı olaraq daha da şişən gözaltı  torbaları hər hansı bir kosmetik vasitə ilə örtməyə çalışmaq artıq getdikcə çətinləşir. Gözaltı torbalar daha çox yaş irəlilədikcə özünü biruzə verir.

 İlk öncə onu vurğulamaq istərdim ki, bu gözaltı torbaları bəzən ev şəraitində- aşağıda yazdığım bir neçə yolla aradan götürülə bilər. 

Əgər göz altı torbalara ev şəraitində heç bir üsul kömək etmirsə  demək ki, bu sizdə hansısa xəstəliyin göstəricisidir.

Bu daha çox böyrək xəstəliyinin və ginekoloji bir xəstəliyin göstəricisi ola bilər.

Göz altı torbalar bəzən bəslənmə formamızdan da qaynaqlanır. Çox duz istifadə edən insanlarda daha çox arst gəlinir.

 

Ayrıca allergik faktorlar qaşıntıya yol aça bilər və bu qaşıntı göz altı dərisini zədələdiyindən, qaşıntı səbəbiylə göz altında şiş əmələ gələ bilər.

 Göz altı torbaların meydana gəlməsinə səbəblərdən biri də genetik quruluşdur. Anamızda, nənəmizdə bu cür meydana gəlmələr varsa, bizim də 25-30 yaşından etibarən göz altı torbalarıyla qarşılaşmamız qaçınılmazdır recourse

 

           Ev şəraitində göz altı torbalardan qurtulma üçün:

 

Gözaltı torbalar nədən yaranır?

 

 

    1. Göz torbalarına səbəb olan ən əhəmiyyətli faktor göz yorğunluğudur. Gün içində kompüter qarşısında çox oturmaq, televiziya izləmək gözlərinizi yorar. Buna görə bunlardan olduğunca uzaq dayanmanız tövsiyə edilir. 


   2. Bu pis  görünüşə səbəb olan digər bir səbəb isə yuxusuzluqdur. Nizamsız yatmaq göz torbası meydana gəlməsini artırmaqdadır. Buna görə mütləq nizamlı və lazım olduğu qədər yatmağa diqqət göstərməlisiniz. Ən azı gün ərzində  8 saat yatmaq lazımdır.


  3. Həddindən artıq stressdən uzaq dayanmağa diqqət etməlisiniz. Stress  bədəninizdəki digər əzələlər kimi, nəzarətdəki əzələlərdə sıxılmaqda və burada torbalara səbəb olan yağ toxumaları yaratmağa başlayır.

 

  

 

  4. Meydana gəlmiş göz torbalarını yox etmək üçün, buz kompresi tətbiq edə bilərsiniz. Buz parçalarını gözaltlarına tutaraq sürətli bir şəkildə dağılmasını təmin etmək mümkündür. Bu tətbiq təxminən  10-15 dəqiqə içində təsirini göstərməkdədir.

 

 

Gözaltı torbalar nədən yaranır?



 

  5. Bunun xaricində hər kəsin bildiyi, xiyar və ya kartof tətbiqi  də fayda verməkdədir. Soyuq halda gözünüzün üzərində 10-15 dəqiqə saxlamaq kifayətdir. Gözlərindəki yorğunluğu götürərək torbaların yox olmasını təmin edən bu qidalar olduqca faydalıdır.

 

 

Gözaltı torbalar nədən yaranır?



 

  6. Son olaraq çay paketləri kömək ola bilər. Soyuq olan qara çay ya da çobanyastığı çayına batıracağınız pambıqların köməyiylə tətbiq edəcəyiniz bu üsulda olduqca müvəffəqiyyətli nəticələr əldə etmək mümkündür.


 

 Sonda  isə bütün qadınlarımıza daima gümrah və gözəl olmağı diləyirəm.

15 dekabr 2012
GO BACK