Qadin.NET / Möcüzəvi su və isti ayaq vannaları

Möcüzəvi su və isti ayaq vannaları

 

 

"Padşahlar kitabı"nda şəfa tapmaq üçün peyğəmbər Elişanın yanına gələn cüzamlı hərbçidən danışılır. O elə bilirdi ki, Elişa möcüzə göstərəcək, amma o, İordan çayına getməyi və 7 dəfə onun suyuna  girməyi məsləhət görmüşdü. Bu resept hərbçiyə çox sadə görünmüşdü. Bir qədər tərəddüd etdikdən sonra razılaşmış və şəfa tapmışdı.

Bu, hidroterapiyanın tətbiqinin ilk sübutlarından biri idi. Əlbəttə, burada suyun fiziki xassələri ilə yanaşı, inam amili də mühüm rol oynayır. Lakin bizim diqqətimizi cəlb edən suyun şəfa verici xassələrə malik olması faktıdır.

Suriyalı sərkərdə kimi müassir tibb elmi də uzun müddət xəstəliklərin müalicəsində adi sudan istifadənin elmi nöqteyi-nəzərdən olduqca bəsit və qeyri-inandırıcı üsul olduğunu iddia etmişdir. Vaxtilə Kinni bacı poliomielit zamanı suyun köməyi ilə nələr etməyin mümkün olduğunu nümayiş etdirmişdi. Lakin müassir tibb elmi həm bunu, həm Con Harve Kelloqu, həm də Batl-Krik sanatoriyasını unudub.

Gəlin 100 il bundan əvvəl Batl-Krikdə həkim Kelloqun istifadə etdiyi su proseduralarını nəzərdən keçirək. Onlar bu gün də effektlidir. Bu metodlardan biri də isti ayaq vannasıdır.

 

  Bu sadə üsuldan soyuqdəymə, bronxit və pnevmoniya zamanı qan dövranının pozulması və durğunluq hallarını aradan qaldırmaq üçün istifadə edilir. İsti əl vannası ilə birlikdə, (əllər isti suda) ayaq vannası miqren vaxtı baş ağrılarını götürə bilər. Bu metoddan həmçinin damar spazmı ilə əlaqədar olan xəstəliklərin müalicəsində də istifadə edilir.

Tələb olunanlar:

 8-10 litrlik vedrə və ya dərin tas

Adi və ya hamam mələfəsi

Tiftikli dəsmal

Buz qovuqcuğu

İçində isti su olan qab (məsələn, çaydan)

Ovxalamaq üçün spirt

Termometr

1. Xəstə suda oturmalı, ya da ayağını sallamış vəziyyətdə yataqda uzanmalıdır. Onun üstünü mələfə və ya yüngül ədyalla örtün.

2. Vedrəyə isti su tökün. Suyun temperaturu 40 dərəcə olmalıdır. Əgər yanınızda termometr varsa, ondan istifadə edin. Yoxdursa, dirsəyinizlə yoxlayın ki, çox isti olmasın.

3. Xəstəyə ayaqlarını isti suya salmağa kömək edin. Baş və boyun nahiyələrinə soyuq kompres və ya buz qovuqcuğu qoyun.

4. Vaxtaşırı vedrəyə isti su əlavə edərək, temperaturu qaldırın. Lakin 45 dərəcədən yuxarı keçməyin.

5. Xəstədə tərin əmələ gəlib-gəlmədiyini yoxlayın. Boyunda və başda olan kompresin qızmaması üçün onu vaxtaşırı dəyişin.

6. 10-20 dəqiqə davam edən bu proseduranı qurtardıqdan sonra, ayaqlara soyuq su tökün və dəsmalla tez qurulayın.

7. Bədəni spirtlə silin. Bədənin və ayaqların quru olmasına fikir verin.

8. Xəstə 1 və ya 2 saat yataqda qalmalıdır. Əgər bu prosedur axşam aparılarsa, xəstə bütün gecəni yataqda qala bilər.

Diqqət: Əgər həkim tərəfindən təyin edilməyibsə, diabet və periferik damarların xəstəlikləri zamanı tətbiq etmək olmaz. Həmçinin donvurma zamanı da isti vannadan istifadə etməyin.                                                                                           

20 mart 2013
GO BACK