Qadin.NET / Neytral vanna və isti əlcəklə sürtünmə

Neytral vanna və isti əlcəklə sürtünmə

Neytral vanna və isti əlcəklə sürtünmə

 Vanna stresi və emosional gərginliyi aradan qaldırmaq üçün ən sadə üsuldur. O, insanı rahatlaşdırıb,yuxusunu normallaşdırır, həmçinin hipertoniya zamanı çox yaxşı effekt verir.

 Tələb olunanlar:

-böyük vanna

-tiftikli məhrəba

-rezin yastıq

1.Vannanı 35-36 dərəcəyə qədər qızdırılmış su ilə yarıya qədər doldurun.Su bədəndən isti olmalıdır.

2.Vannaya girin.Çalışın ki, başınız istisna olmaqla bütün bədəniniz su ilə örtülsün.

 

3.Başınızın altına rezin yastıq və ya qatlanmış dəsmal qoyun.Bu, sizin tamamilə rahatlaşmanıza imkan verəcək.

4.Vannada suyun temperaturunu saxlamaq üçün onun üstünü polietilen və ya mələfə ilə örtün.

5.Əgər vannada 15 dəqiqədən çox qalacaqsınızsa, lazımi temperaturu saxlamaq üçün oraya isti su əlavə edin.

6.Suda istədiyiniz qədər qalın, ancaq yatmayın.

7.Vannadan çıxmazdan əvvəl suyun temperaturunu iki dərəcəyə qədər azaldın.

8.Ehtiyatla, amma yaxşıca qurulanın.

9.Yatağınıza girin və ən azı 30 dəqiqə uzanın,əgər prosedur axşam qəbul edilibsə,bütün gecəni yataqda qalın.

 

Neytral vanna və isti əlcəklə sürtünmə


İsti əlcəklə sürtməyə bədənin ilkin reaksiyası - qısa müddətli oyanmadır.Lakin ümumi və daha uzun müddətli effekt kimi əzələlərin boşalması və sinir oyanıqlığının aradan qalxması baş verir.

Buxarlanma sayəsində bu prosedur üşütmədə,xüsusən də dəri soyuq və göyərmiş olduqda yaxşı təsir göstərir.

Prosedur soyuq əlcəklə sürtmədəki kimi aparılır. Fərq yalnız suyun temperaturundadır. Bu zaman buzlu su əvəzinə isti (40 dərəcə) sudan istifadə edilir.

Əgər siz əsəbiləşmiş və çox həyəcanlanmışsınızsa, isti əlcəklə sürtmədən yararlanın.Bunun rahatlayıcı təsirinə heyrət edəcəksiniz.


10 dekabr 2012
GO BACK