Qadin.NET / Əzələlər və stress

Əzələlər və stress

 

Əzələlər və stress

 

Stressin təsiri altinda əzələlər gərginləşir.Emosional və fiziki stress ola bilər.Əzələlərdən qeyri-mümkün bir iş,məsələn,ağır yükün qaldırılmasını tələb etdikdə,fiziki distress baş verir.Bu isinmə hərəkətləri və əl-qolun açılışması üçün hərəkətlər etmədən böyük fiziki yüklənməyə başladıqda baş verə bilər.Yorğun əzələləri artıq yükləyən zaman da distress baş verə bilər.

  Cilovlaya bilmədiyiniz hisslərlə,məsələn,kədər,qıcıqlanma,daxili qəzəb,inciklik və günühkarlıq hissi ilə dolan zaman emosional-əzələ distressi baş verir.Bütün bunlar müxtəlif əzələ qruplarının gərginləşməsinə səbəb olur.

  Bəzən də gərginlik güclü müsbət emosiyaların yaranmasına səbəb olur,bu da çox vaxt emosional yorğunluğa gətirib çıxarır.Məsələn, coşqun sevinc hissinin emosional yorğunluqla nəticələndiyi məlumdur.



 

   Stressin fiziki və ya emosional,pis və ya yaxşı səbəbdən əmələ gəlməsi vacib deyil.Lakin əzələ stressi baş verən zaman,çox vaxt problemlərlə nəticələnir.Stress aradan qaldırılmazsa,əzələ spazmaları baş verə bilər.Kəskin əzələ spazmı çox ağrılıdır və orqanizmin bu və ya digər hissəsinin işini müəyyən müddətə dayandıra bilər.

 

Əzələ stressi çox zaman baş ağrılarına ,bel,boyun nahiyələrində ağrıya,artritin müəyyən tiplərinə,yüzlərlə digər ağrılı simptomlara və hətta simptomlar kompleksinə səbəb ola bilər.Bu hallar hamısı bir-birilə birləşən zaman,dünyada tanınmış bütün xəstəliklərin 50 faizdən çoxunu təşkil edirlər.

 

  Güclü gərginlik və stress qanı xırda damarlardan və kapillyarlardan qovaraq,təzyiqin artmasına səbəb ola bilər.Şəxsi imknlardan artıq ağır yükün qaldırılması zamanı da bu hal baş verə bilər.Hər hansı həddindən ziyadə gərginlik ürəyin daxili qişasının damarlarını(endokard)qandan məhrum edir,bu da sakit ürək tutması ilə nəticələnə bilər.

  Əzələ stressini necə azaltmaq olar?

Buna müntəzəm fiziki məşğələlərlə nail olmaq olar.Bir psixoloji aksioma belə səslənir:əzələləri dincəltmək üçün onları gərmək lazımdır.Ağrı və əzab çəkən adamlar üçün bu anda əzələ gərginliyinin müalicəsinin hər hansı üsulu yararlı ola bilər.Lakin ən yaxşı müalicə üsulu uyğun fiziki hərəkətlərdir.

23 mart 2013
GO BACK