Qadin.NET / RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏLƏRİ

RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏLƏRİ

RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏLƏRİ

Sadəcə rəqəmlər ilə ifadə edildikdə belə insanın nə qədər möhtəşəm bir sənət əsəri olduğunu görmək mümkündür.
Bir insandakı ümumi hüceyrə sayısı 100 trilyondur.
Bir insandakı fərqli hüceyrə növləri 210-a yaxındır.
Hər saniyə ölən hüceyrə sayısı təxminən 50 milyondur. Hər saniyə yaradılan yeni hüceyrə sayısı da təxminən 50 milyondur.
Ümumi eritrosit sayısı 25 trilyondur. Ümumi leykosit sayısı 25-100 milyard arasındadır .
Ümumi sinir hüceyrəsinin sayısı 30 milyarddır. (bir milçəkdə 100 min, siçan beynində isə 10 milyon sinir hüceyrəsi mövcuddur).
Beyin qabığındakı (korteks) sinir hüceyrəsi sayısı 10 milyarddır.
Beyincik korteksindəki hüceyrələrin sayısı 10 milyarddır.
Bütün sinir hüceyrələrinin ümumi sinaps cəmi 100 trilyondur.

Normal şəraitdə gündəlik ölən sinir hüceyrələrinin sayısı 50000-100000-dir.
Bir xatırlama prosesində fəal olan beyin hüceyrəsinin sayı 10 milyon - 100 milyondur.
Mədə turşusu istehsal edən hüceyrə sayı (kişidə) təqribən 1 milyard, (qadında) təqribən 820 milyondur.
Ən kiçik hüceyrə olan spermaların boyu - 3-5 µm-dir.
Beyindəki qlia hüceyrələrinin boyu isə 5 µm-dir.
Ən böyük hüceyrə olan yumurta hüceyrəsinin diametri 100-120 µm-dir.
Bir qaraciyər hüceyrəsinin ortalama böyüklüyü 30-50 µm-dir.
Bir eritrositin diametri 7 µm-dir.
Bir böyrək hüceyrəsinin nüvəsinin diametri 6.2 µm-dir.
Metafazda düzülmüş xromosomların ümumi sahəsi 4.5 µm-dir.
Bir mitoxondrinin diametri 0.5-1.2 µm-dir.
Bir ribosomun diametri 12-20 nm-dir.
Hüceyrə zərinin ümumi qalınlığı 8.0 nm-dir.
Bir amin turşusu molekulunun boyu 0.8-1.1 nm-dir.
Bir atomun diametri 0.1-0.5 nm-dir.
Üst dəri Epidermus hüceyrəsinin ömrü 4.3 gündür.
Ayaq dabanı epidermus hüceyrəsinin ömrü 19.1 gündür.
Nəfəs borusunu döşəyən epitel hüceyrəsinin ömrü 47.6 gündür.
Ağciyər alviol hüceyrəsinin ömrü 8.1 gündür.
Eritrositlərin ömrü 120 gündür.
Böyrək epiteli hüceyrəsinin ömrü 286 gündür.
Sümük hüceyrəsinin ömrü 25-30 ildir.
Sinir hüceyrələri isə ömür boyu çalışırlar.
4 mart 2009
GO BACK