Qripə yaxalanmısınız?
Elə isə bu xəstəlikdən tez bir zamanda xilas olmağın təbii üsulları ilə tanış olun.
Kartofu qabıqlı bişirin, həvəngdə suyu ilə birlikdə əzin, həmin qazanın içərisinə 1 x/q ağ şam ağacının yağını tökün. Başınızı adyalla örtüb bu qarışıqla nə qədər çox bacarırsınızsa para verin. Fasilələrlə müalicəvi pardan burnunzla və ağzınızla nəfəs alın. Zökəm və qrip birinci prosesdən sonra keçəcək.
2 xörək qaşığı təzə zeytun yağı, 2 yumurta sarısı, 1 çay qaşığı un və 2 çay qaşığı bal qarışdırılır. Gündə 7-8 dəfə 2 çay qaşığı qəbul edilir.
1 ədəd orta ölçüdə soğanı götürün, 0.5 litr süddə 5 dəqiqə bişirin, 30 dəqiqə soyumağa qoyun. Bir hissəsini səhər, ikinci hissəsini axşam için.
Ballı-sarımsaqlı sıyıq hazırlayın: sarımsağı sürtgəcin xırda gözündən keçirin, bal ilə qarışdırın. İsti suya tökərək yatmamışdan qabaq 1 x/q için.