Qadin.NET / Ağız içi yaraları, səbəbləri və müalicə üsulları

Ağız içi yaraları, səbəbləri və müalicə üsulları

Tibbdə  AFT  deyilən ağız içi yaraları ağız içərisində sıxlıqla yanaq və dodaq bölgəsində, yumşaq damaqda, dil üzərində, diş əti üzərində  görülən solğun  sarı-qırmızı  və olduqca ağrılı xoralaşmış yaralardır.

Cəmiyyətin 18-20%-dən  çoxu  AFT problemi ilə qarşı-qarşıyadır. Qadınlarda  daha  sıxlıqla rast  gəlinir. AFT ümumiyyətlə tək olaraq görünsə  də  eyni anda bir neçə bölgədə ola bilər.

AFT-in meydana gəlmə səbəbini  müəyyən  etmək  üçün müxtəlif araşdırmalar  aparılmışdır.

Ancaq AFT-nin meydana gəlməsinin  səbəbi tam olaraq təyin oluna bilməmişdir. AFT-nin meydana gəlməsini sürətləndirən və yaxşılaşmasını gecikdirən faktorlardan bəhs etmək  mümkündür.

AFT meydana gəlməsində hansı faktorlar əhəmiyyətlidir?

- Stress

 Migren, yüksək təzyiq və gastrit kimi bir çox xəstəliyin səbəblərindən yaranan  stress AFT-nin  meydana gəlməsinin ən əhəmiyyətli səbəblərindən biridir.

Xanımlarda  premenstural  gərginlik(aybaşı əvvəli dövr) də AFT-nin meydana  gəlməsini sürətləndirən faktorlardandır.

- Yeməklər

Sitrus bitkiləri, sirkə, turşu, cipsi, duzlu və ədviyyatlı yeməklər AFT meydana gəlməsini sürətləndirən əhəmiyyətli faktorlar arasında sayılmaqdadır. Bunların yanında  bəzi  orqanizmlər  üçün allergik ola bilən qarabaşaq, çovdar, arpa, şokolad, fındıq, qabıqlı dəniz heyvanları, soya, pomidor,  badımcan, alma, əncir, pendir kimi yeməklər də AFT meydana gəlməsini sürətləndirərlər.

- Zədə

Yanaq dil dodaq dişləmə, sərt yeməklərin  yeyilməsi  zamanı əzilmə və yumşaq olmayan diş fırçalama əməliyyatları və  ağıza  uyğun  olmayan olmayan protezlər  AFT  üçün  uyğun  şəraitin  meydana gəlməsinə köməkçi  olarlar.

- Diş pastası

Diş pastalarının təmizləmə xüsusiyyətini artırmaq üçün köpük olaraq tərkibinə qatılan "Natrium Lauryl Sulfate" ( SLS ) ağız hüceyrələrinin dağıtmasını artıran kimyəvi  maddədir. SLS bu xüsusiyyəti ilə AFT meydana  gəlməsi  üzərində birbaşa təsirli olan bir maddədir.

Xüsusilə  AFT  problemi olan  insanların  istifadə edə bilməsi üçün tərkibində  daha  az nisbətdə  (1.25%)  SLS olan diş pastaları vardır. (Tom's of Maine Natural Toothpaste , oral-B Sensitive Fluoride Toothpaste və s.)

- Digər səbəblər

B12 vitamini və dəmir çatışmamazlığı, siqaret çəkmək, tütün çeynəmək kimi vərdişlərin də AFT meydana gəlməsində iştirak edən əhəmiyyətli faktorlar olduğu  müəyyən  edilmişdir.


Ağız içi yaralarının (AFT) müalicəsi

AFT-lər  hər  hansı  bir  müalicə  tətbiq  olunmasa  da  7-10 gün sonra özbaşına yaxşılaşmaqdadır. AFT problemi ilə qarşı-qarşıya olanların aşağıda sıralanan əməliyyatlardan birini ya da bir neçəsini tətbiq etdiklərində daha rahat bir  dövr  keçirmələri mümkündür.

Ağrını azaltmaq və yaxşılaşmağı  tezləşdirmək  üçün edilə biləcəklər bunlardır:

- İsti, qıcıqlandırıcı qidalardan qaçınılmalıdır.

- "2% Hydrogen Peroxidle məhluluna  batırılan pambıq ya da tənzif ilə yara  olan bölgə təmizlənə bilər.

- Su ilə karbonat qarışığından hazırlanan  bir krem AFT üzərinə sürtülə bilər.

- Yarım stəkan suya yarım qaşıq duz əlavəsi ilə əldə edilən  məhlulla  gündə üç dəfə qarqara edilə bilər.

- Yeməkdən əvvəl  AFT  bölgəsinə ağız üçün hazırlanmış anestezik kremlər tətbiq oluna bilər. Bunlardan "Orabase", "Gly-oxide", "Cankaid","Ambesol" kimi ağız içi kremləri  misal  gətirmək  olar.

- "Sucralfate"  həbi ilıq suda əridib qarqara edilə bilər.

- Xüsusilə başlanğıc mərhələsində "Tetrasiklin" həbi suda əridərək əldə edilən məhlulu  ilə qarqara etmək AFT-in  böyüməsinə mane olar və ağrını azaldar.

AFT (canker sores = mouth ulcers) ilə UÇUQ (fever blisters = cold sores) arasındakı fərqliliklər

 

AFT ilə uçuq ümumiyyətlə eyni əlamətləri göstərdikləri üçün bir-birləri ilə qarışdırılır. Ancaq aralarında bir çox fərqlilik vardır:

AFT

1.Yalnız ağız içərsində yaranır.

2.Keçirici  deyildir.

3. AFT-in meydana gəlməsinə viruslar səbəb olmaz.

Uçuq

1.İçi su toplamış kiçik qabarcıqlar (Blisters) şəklində başlayar.

2. Nadir olaraq  ağız  içərisində olsalar da əsasən  ağız  xaricində  meydana gəlirlər. AFT  ağız  içərisində  bütün bölgələrdə olur , uçuq isə yalnız  ağız  içərisində  damaq bölgəsində hərəkətsiz  yerləri  tutar.

3. Keçiricidir.

4. Viruslar  səbəbi  ilə  meydana  gəlirlər.


6 noyabr 2012
GO BACK