Əziz xanımlar, meyvələri bəzilərimiz sevir, iştahla da yeyirik. Bəzilərimiz isə yəni mənim kimilərin isə meyvə hec yadına da düşmür.
Bəs meyvələrin dərimizə nə cür xeyri var və hansı meyvələr dərimizə daha çox xeyirlidir?
Kivi-gənc qalmaq istəyən hər kəs kivi yeməlidir. Kivinin tərkibində C vitamini çox yüksəkdir.
Dərimizin gec yaşlanmasına da kömək edir. Orqanizmin güclü qalmasında da böyük rolu var.
Alma-vitamini çox olan bir meyvədir.
Bu meyvənin də dərimizin tez yaşlanmamasına köməyi var. Almanın tərkibindəki E vitamini dərimizi təravətləndirir və gənc saxlayır. Həzmi tezləşdirir.
Əncir-tərkibindəki vitaminlər dişlərə dəriyə çox xeyirlidir. Dərimizin tam rahat nəfəs almağına kömək edir.
1 ədəd ənciri əlinizlə əzərək üzünüzə çəkin. 15-20 dəq sonra ilıq su ilə yuyun faydasını həmin dəq görəcəksiniz.
Allergiyaya həssas olan dərilərə olmaz.
Ərik-əriyin balacasını əzilmişini yemək xeyirlidir. Ərikdə olan C və E vitaminləri çoxluq təşkil edir. C və E vitaminləri həmçinin dəri üçün də çox xeyirlidir. Cavan qalmaq istəyənlər bu meyvəni hər zaman əllərinin altında saxlamalıdırlar.
Çiyələk-1 ovuc çiyələk dəri üçün möcüzələr yaradır. Tərkibində C vitamini çoxluq teşkil edir.
Gündə sadəcə 3-4 ədəd çiyələk yesəniz 1 ayda çiyələyin dərinizdə etdiyi dəyişikliyi görərsiniz.
Allergiyalı insanlar gündə yox həftədə 5 ədəd çiyələk yesə kifayətdir.
Yemiş- qaşınan və qabıq qoyan dərilərə çox xeyirlidir. Sadəcə diqqət etimək lazımdır ki, qanda allergiyanın faizi az olsun.
Allergiyalı olan insanlar maska halında istifadə etsinlər.
Moruq-A vitamini çoxluq teşkil edir. Bildiyiniz kimi A dəri üçün ən önəmli vitamindir. Həm maska halında, həm də yemək çox faydalı olar.
Ən azı xoşlamasaq da gözəlliyimizin və ən önəmlisi sağlamlığımızın xatirinə heç olmasa günə 1 meyvə qəbul etməliyik.