Qadin.NET / QİÇS nədir?

QİÇS nədir?

QİÇS nədir?

QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

Yadda saxlayın:

- Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.
- QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.
- Müasir müalicə ilə tam sağalma baş vermir və xəstəlik ölüm ilə nəticələnir.

 

QİÇS nədir?

İİV nədir?

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) QİÇS-in yaranmasına səbəb olan virusdur. İİV-ə yoluxmuş insanlar uzun müddət sağlam görünə bilər və bu müddətdə başqalarını da yoluxdura bilərlər. İİV-ə yoluxduğunuza dair şübhəniz varsa, qanınızı müayinə etdirin. Onu bilmək vacibdir ki, İİV-ə yoluxandan yalnız 3 ay sonra virus özünü qanda büruzə verir.

QİÇS və qadın, QİÇS və kişi

Statistik məlumatlar göstərir ki, qadınlar İİV-ə kişilərə nisbətən daha tez yoluxurlar. İİV/QİÇS hamıya aiddir və hər kəs ona yoluxa bilər. QİÇS-lə ən çox onun haqqında məlumatı olmayanlar qarşılaşırlar.

QİÇS nədir?

Qadınlar İİV-ə necə yoluxa bilərlər?

- İİV-ə yoluxmuş şəxslə prezervativsiz cinsi əlaqədə olduqda.
- İİV-ə yoluxmuş şəxsin qanı vasitəsilə.
- İİV-ə yoluxmuş qanın köçürülməsi zamanı.
- Eyni şpris və iynələrlə müxtəlif dərman və narkotiklərin yeridilməsi zamanı.
İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş tibbi alətlərdən istifadə zamanı (qadın, diş həkimlərinə və s. müraciət edərkən).
Gözəllik salonlarında İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş kəsici alətlərdən istifadə zamanı (manikür, tatuaj, qulaq deşmə və s.).
- İİV-ə yoluxmuş qadından uşağa - hamiləlik zamanı, doğuş zamanı, ana südü ilə qidalanma zamanı yoluxa bilər.
Kişilər arasında QİÇS-ə yoluxmalar əsasən erkən və təsadüfi cinsi əlaqələr nəticəsində baş verir.

Unutmayın!

Yoluxmamağın ən yüksək zəmanətini cinsi əlaqə zamanı istifadə olunan kondomlar (prezervativlər) verir.
Yoluxmadan tam zəmanəti yalnız təsadüfi cinsi əlaqələrdən çəkinmə verə bilər.
Ailənizə sadiq olun və QİÇS-dən qorunun.

5 sentyabr 2013
GO BACK