Qadin.NET / İsti çayin ziyanı

İsti çayin ziyanı

İsti çayin ziyanı


Çayı çox isti içmənin yemək borusu xərçəngi riskini artırdığı bildirildi.

Qara çayın çox içildiyi və dünyadakı yemək borusu xərçənginin ən çox görüldüyü ölkələrdən İranda elm adamları, spirt və siqaretin az içilməsinə baxmayaraq yemək borusu xərçəngi hadisələrinin qadın və kişilərdə həddindən artıq olduğu Gülüstan vilayətində bu xəstəliyə tutulan 300 adam ilə sağlam 571 adamın vərdişlərini müqayisə etdi.

Çayı çox isti içməyin bu vilayətdə yaşayanların nizamlı olaraq gündə ortalama bir litrdən çox qara çay içdiyi, bu kəslərin yüzdə 39unun çayı 60 dərəcədən az, yüzdə 39unun 60-64 dərəcədə, yüzdə 22inin 65 dərəcənin üzərində içdiyi görüldü.

Araşdırma nəticəsində, çox isti olaraq təsvir edilən 65-69 dərəcədə çay içmənin yemək borusu xərçəngini iki qat, 70 və üzəri dərəcədə isə 8 qat artırdığı təyin olundu.

Tehran Universitetindən elm adamları, qaynar çayın bu təsirinin, epitelyumu (damarları və bəzi kiçik boşluqları örtən bədənin xarici və iç səthini örtən toxu təbəqəsi) kanserojen təsirlərə daha həssas hala gətirə biləcək, təkrarlanan yanmaqla açıqlana biləcəyini vurğuladı.

"British Medical Journal" jurnalında nümayiş olunan araşdırmanı şərh edən Avstraliyadakı Queensland İnstitutundan David Whiteman isə çaxnaşmaya qapılmağa və çay zövqündən imtina etməyə gərək olmadığını, çayı qoyduqdan sonra 2-3 dəqiqə gözlənilməsinin kafi olacağını ifadə etdi.

Dünyada hər il 500 mindən çox adam yemək borusu xərçəngi səbəbiylə həyatını itirir. Avropa və Şimal Amerikada xüsusilə tütün və spirt istifadəsi bu xərçəngi tətikləyir.

Yemək borusu xərçənginə tutulan kişilərin sayı qadınlardan daha çoxdur.

Siz çayı isti içirsiniz yoxsa ilıq?
22 avqust 2010
GO BACK