Qadin.NET / Yastı, yoxsa hündür?

Yastı, yoxsa hündür?

Hündür və yastı daban ayaqqabıların zərərini bilmirsiniz?
Yastı, yoxsa hündür? Hansını seçək?
Daim hündürdaban çəkmədə gəzməyin zağlamlığa zərər vurduğu çoxdan məlumdur, lakin son illər dəbə düşmüş altlığı tamam yastı tufli və uzunboğaz çəkmələr də heç faydalı sayılmır. Ortopedlərin fikrincə, yastıdaban çəkmələrə məhəbbət insana baha başa gəlir. Son vaxtlar yastıdaban çəkməsevərlər arasında travmaların sayı kəskin artıb. Həkimlərin dediyinə görə, yayın sonlarında vəziyyət xüsusilə gərginləşir. Kişilərə nisbətən qadınlar ayaqlarında ciddi ağrılardan və onurğa sütunundakı problemlərdən daha çox şikayətlənirlər. Bəs yastı daban nəyə görə təhlükəlidir?
Birincisi, adamlar fərqinə varmırlar ki, belə çəkmədə ayaqlarını sürütləyirlər. Yastı çəkmə altlığı sanki pəncəni səndəlin içinə sığınmağa vadar edir, belədə də bağ və vətərlər dartılır. Bu cür gözəgörünməyən dəyişmələr sonralar ayaq barmaqlarında ciddi ağrılara səbəb olur. Bu azmış kimi, pəncə özünü narahat hiss edən kimi, dizlər də “sökülməyə” başlayır.
Ortopedlər daim nə yastıdaban, nə də hündürdaban çəkmə geyinməyi məsləhət görürlər. Onların fikrincə, daban üçün ən ideal hündürlük 2,5 santimetrdir.


Yastı, yoxsa hündür?
21 avqust 2010
GO BACK