İçkidən həddən ziyadə istifadə etmə probleminə ictimai, hüquqi və iqtisadi aspektlərdən yanaşmaq olar. Təbii ki, bütün bunlar böyük əhəmiyyət kəsb edir.
Lakin alkoqol ümumiyyətlə nədir və orqanizmə necə təsir göstərir sualına cavab tapmaq daha önəmlidir.
Alkoqol protoplazmatik zəhər sayılır. Beyində, qaraciyərdə, əzələlərdə və ya dəridə yerləşməsindən asılı olmayaraq,hər bir hüceyrə protoplazma adlanan maddədən təşkil olunmuşdur. Orqanizmimizi təşkil edən milyardlarla hüceylələr həyatı funksiyaları yerinə yetirirlər.Hüceyrələrin işinə mane olan məhdudlaşdıran və pozan hər bir şey toksin(zəhər)adlanır.
Məsələn, müqayisə üçün deyim ki, əgər insan şam yeməyindən əvvəl kokteyl içərsə, orqanizmində nə baş verir? Bu içkinin tərkibindəki az miqdarda qlükoza və zülal həzm sisteminizi hərəkətə gətirir. Qlükoza və zülalın həzm olunması üçün müəyyən vaxt lazımdır.
Alkoqolun isə həzm olunmağa ehtiyacı yoxdur. O, mədə və bağırsaqlarda bilavasitə qana sorulur. Qırmızı qan hüceyrələri qrup halında birləşərək mikrotromb əmələ gətirirlər ki, bu mikrotromblar qanın orqanizmin ayrı-ayrı hüceyrələrinə xüsusilə də beyinə ötürülməsinin qarşısını alır, hətta onlardan bəzilərini tamamilə məhv edirlər. Hər dəfə alkoldan istifadə edəndə, insan baş beyin hüceyrələrinin müəyyən miqdarınıı itirir. Beyin hüceyrələri isə bərpa olunmur.
Lakin orqanizmin ayrı-ayrı hissələri daha da aktivləşir. Qaraciyər hüceyrələri toksindən azad olmaq, onu məhv etmək, zərərləşdirmək üçün qızğın yarışa çıxır. Bu da çox içən şəxslərdə qaraciyərin sıradan çıxması səbəblərindən biridir, onlar çox vaxt alkoqolun uzun müddətli təsirinin ciddi nəticəsi olan qaraciyər sirrozundan ölürlər. Hər il bu xəstəlikdən dünyada 30 minə qədər adam dünyasını dəyişir.
İki qədəh içki qaraciyər sirrozunu yaratmasa da, az miqdarda qəbul edilmiş içkinin özü də digər xoşagəlməz xəstəliyə; kəskin pankteatitə səbəb ola bilər.