1. Yoqurt süddən yaxşı həzm olunur. Laktoza çatışmamazlığıdan əziyyət çəkən uşaqlar, yoqurtu asan həzm edirlər və heç bir narahatçılıq hiss etmirlər. Düzdür, laktozanın miqdarı ərzaqın növündən aslıdır, hər bir halda yoqurtda onun miqdarı süddəkindən azdır. Ferment süd şəkərini qlükoza və qlaktozaya parçalayır, onlar da orqanizm tərəfindən asan həzm edilir.
2. Yoqurt yoğun bağirsağa sağlam qalmaqda kömək edir. Həkimlər çox vaxt deyirlər:"Siz yoğun bağırsağınız sağlam olduğu qədər sağlamsınız", yemək rasionunuza yoqurt daxil etməklə orqanizminizə ikili xeyir verirsiniz. Birincisi, yoqurtun tərkibində olan laktobakteriyalar bağırsağın işinə müsbət təsir edir. İkincisi,yoqurt kalsium mənbəyi olmaqla bağirsağın selikli qişasının vəziyyətinə nəzarət edir, xərçəng riskinin qarşısini 75% almaq olar.
3. Yoqurt digər qida məhsullarının yaxşı həzm olunmasına kömək edir. Yoqurtda olan faydalı bakteriyalar kalsium və B qrup vitaminlərinin həzminə kömək edir.
4. Yoqurt immuniteti mohkəmləndirir. Belə göstəricilər var ki, əgər insan gündə 2 stəkan yoqurt yeyirsə, immuniteti güclənir. Yoqurtda olan bakteriyalar qanın ağ hüceyrələrin stimullaşdırır, onlar isə infeksiya ilə mubarizəsini gücləndirir.
5. Yoqurt bağırsaq infeksiyalarından sonra bərpaya kömək edir. Antibiotik qəbul etdikdə də yoqurt yemək faydalıdır. Yoqurt bu preparatların bağırsağa təsirini minimuma endirir.
6. Yoqurt göbələk infeksiyasını da sakitləşdirir. Göstəricilər var ki, əgər hər gün 2 stəkan təbii yoqurt yeyilərsə, bu uşaqlıq yolunun mikroflorasını normada saxlayar və göbələk infeksiyasının inkişafını aşağı salar.
7. Yoqurt-kalsiumun qiymətli mənbəyidir 2 stakan yoqurtda 450 mq. kalsium var.
8. Yoqurt zülalların mənbəyidir. Təbii yoqurtda 10-14 qr. zülal var, bu isə gündəlik normanin 20% təşkil edir.
9. Yoqurt "pis" xolesterinin səviyyəsini aşağı salır.
10. Yoqurt - "kombinasiya" ərzaqdır. Yoqurtun iki qidalanma xüsusiyyəti bunu təsdiq edir. Birincisi, orqanizmin tərəfindən asan həzm edilir. İkincisi, vitaminlərin, mikroelementlərin həzmini asanlaşdırır.
"Canlı yoqurtların saxlama müddəti 30 günə qədərdir; onlar +4 dərəcədən +6 dərəcəyədək temperaturda " yoqurt" yazılmış qablarda saxlanılır. Yoqurt seçərkən saxlama müddətinə diqqət etmək lazımdır. Vaxtı keçmiş yoqurtlarda faydalı qıcqırmaya kömək edən bakteriyalar olmayacaq. Əksinə vitaminlərin səviyyəsi aşağı düşür, xəstəlik əmələ gətirən mikroblar inkişaf edir.