Ürək ən çox işləyən orqandır. Ürək əzələsi isə ən güclü əzələ hesab olunur.
Ürəyin vəzifəsi orqanizmi beyinə,orqanlara və əzələlərə oksigen və qidalı maddələr daşıyan qanla təmin etməkdir.
Normal vəziyyətdə ürək gündə 100 min dəfə döyünərək 10tona qədər qan vurur.
Əgər siz idmanla yüngül məşğul olursunuzsa, orqanizm 4 dəfə artıq qan tələb edecək. Yox, əgər, mütəmadi olaraq məşğul olursunuzsa, o zaman 15-20 dəfə çox qan tələb olunacaq.
Vurulan qanın əlavə miqdarı ürəyin işinə necə kömək edir?
Hər dəfə əzələlər yığılanda fibrillərdə olan böyük miqdarda qan venalara vurulur. Ürəyə qayıtmış qan buradan ağciyər arteriyalarına ötürülür və burada oksigenlə zənginləşir. Bağırsaqlarda da qidalı maddələr almış qan yenidən əzələlərə ötürülür və beləliklə ümumi qan dövranı baş verir.
Əsas məğz ondadır ki,əzələlər ürəyin işini asanlaşdırırlar. Onlar sizin ikinci ürəyinizdir: fiziki işlə məşğul olduqca və əzələlərinizi möhkəmləndirdikcə, qanın ürəyə qovulmasına kömək edirsiniz. Güclü əzələlər qanın yaxşı dövr etməsinə kömək edir. Zəif və inkişaf etməmiş əzələlər isə qan dövranına mane olur, ürəyi daha çox işləməyə məcbur edir.
İdmanla mütəmadi məşğul olsanız, ürəyinizi möhkəmləndirərsiniz və o, daha effektiv işləyir. Ürək əzələsini qanla təmin edən arteriyalar diametrcə böyüyər və bununla da ürək tutması riskini aradan qaldırar.
Orta yaşlı insanın ürəyi həyatı boyu 80milyon dəfə döyünür.Buradan nəticə çıxarmaq olar ki, öz ehtiyatını tez sərf edən adam, öz ömrünü də qısaldar. Fiziki məşğələlər ürəyinizin ehtiyatlarını uzun muddətə artırmağa kömək edər, yəni ömrünüzü uzadar.