Ətrafınızda heç qrip olmamış birini tanıyırsınızmı? Ehtimalla bir adam da olsa vardır. Bu mövzunun səbəbini araşdıran elm adamları müəyyən bir tip genin bəzi kəsləri qrip virusundan qoruduğuna inanır.
Qrip virusu öskürmə və asqırma nəticəsində ətrafa yayılan kiçik hissəciklər ilə yayılır. Sadə bir öskürək belə 100000 virus parçasının havaya yayılmasına səbəb olur. Burnunuzu silərkən bu ədəd 2 milyona qədər çıxa bilir. Bundan başqa, olduqca yoluxucu olan bu virus cəmiyyətin 5-15 % -inə təsir edir.
Virusa qarşı hər kəs fərqli bir reaksiya göstərir. Bəziləri yatağa düşəcək qədər xəstə olarkən, ümumi əhalinin 30-50 %-lik qisimi müqavimət göstərə bilir. Yəni virus bu kəslərin bədənindən asanca atıla bilir.
Amerikalı elm adamları, qrip virusundan təsirlənən insanlardakı genləri araşdırdılar. Araşdırma daxilində mövsimi qrip epidemiyasına səbəb olan H3N2 virusuna tutulmuş 17 könüllü araşdırma zamanı nəzarət altına alındı. Ardıcıl 5 gün ərzində hər 8 saatda bir qan nümunələri alındı. Nəticə olaraq 17 infeksiyalı adamdan 9-unun özünü xəstə hiss etdiyi müşahidə edildi. Digərləri isə heç bir xəstəlik əlaməti göstərmədi. Bu reaksiya fərqliliyinin səbəbinin genlərə bağlı olduğu sübut etdi.
Xəstə olan insanlarda enflamatuar birləşmələr və stress reaksiyalarında rol oynayan genlərin aktiv hala gəldiyi müşahidə edildi. Sağlam fərdlərdə isə anti-enflamatuar reaksiya verən – iltihaba qarşı mühafizəkar genlərin hərəkətə keçdiyi qeyd edildi.