Qadin.NET / Sağlamlığımızı kimə etibar etməli?

Sağlamlığımızı kimə etibar etməli?

 

 Sağlam olmaq daha doğrusu sağlamlığımızı qorumaq hər birimizin borcudur. Sağlamlıq bizə gündəlik həyatımızda lazım olan su qədər çox vacibdir. Bəzilərimiz bunu təbii yollarla bəzilərimiz də ancaq həkimlərin müalicələri nəticəsində əldə edirik. Bəs, görəsən internetdə yazılan təbii vasitələrdən də istifadə edən varmı? Başa düşürəm düşündürücü sualdı. Amma mütləq sizlərdən cavab istəyirəm. Bilmək istərdim, bizim Qadin.netlilərin bu suala cavabları necə olacaq? 
Sağlamlığımızı kimə etibar etməli? 
Həkimlərə, yoxsa internetdə mənbəyi bəlli olmayan türkə-çarələrəmi?

 

 

İngilis alimlərin apardıqları araşdırmalara görə qadınlar xəstəliklərin müalicəsini məhz Google- axtarış sistemi vasitəsi ilə aparır. Alimlərin fikirlərinə görə 10 qadından 1 öz təbii yolla müalicə üsulindan istifadə edir. Google-axtarış sistemi vasitəsi ilə axtarılan  xəstəliklərdən bir neçəsi bunlardır: baş ağrısı, diş ağrısı ,yuxusuzluq, qaşıntı, yorğunluq və s. Google dən ciddi narahatçılığı olan bir xanım həkimə getməkdən çəkinərək məhz buradakı təbii yollarla olan müalicələrdən birini seçir.

Alimlər isə "qan analizi olmadan heç bir xəstəliyi təyin etmək olmaz" deyir bəs bu halda nə etmək lazımdır? Əlbəttə ki, yalnız və yalnız həkim nəzarəti altında olmaq lazımdır. Hər birinizə sağlamlıq arzu edirəm.  

Çalışın, təbii üsullardan kor-köranə  istifadə etməyəsiz. 

15 yanvar 2013
GO BACK