Hər kəs uzun və xoşbəxt yaşamağı təbii olaraq arzu edər.Bunları necə reallaşdırmaq olar.Bir neçə yoxlanılmış elmi metod vardır:
1.Gülün! Ürək həkimləri gülüşün ürək-damar sisteminin hərəkət etməsinə səbəb olur və həm də gülmək stres hormonlarının səviyyəsini azaldır,orqanizmi müdafiə edir.
2.Həddindən artıq yatmayın! Son araşdırmalar göstərir ki, 8 saatdan artıq yatmaq ömrü azaldırmış.
3.Ailə münasibətləri qurun! Statik məlumatlara görə ailə qurub xoşbəxt nigahla yaşayan insanlar yalnız yaşayanlardan daha uzunömürlü olurlar.
4.Çəkinizə nəzarət edin! Çox yemək və sağlıqsız yemək bir çox xəstəliklər riskini artırır.
5. Uşaq sahibi olun! Qadınların nə qədər çox uşağı olarsa ömrü də o qədər uzun olar.
6.Pianoda çalmağı öyrənin! Bu bir misal olaraq yazılmışdır.Mənası hansı yaş dövrünüzdən asılı olmayaraq yeni bir şeylər öyrənməkdən vaz keçməyin.
7.Optimist olun! Amerika alimlərinə görə optimist düşüncəlilər pessimistlərə görə 12 il çox yaşayırlar.
8.Tez-tez ananızla danışın! Harvard tibb məktəbinin araşdırmasına görə 91% insan, hansılar ki, anaları ilə kontakt yaratmırlar,onlar vaxtından əvvəl bir neçə xəstəlikdən əziyyət çəkməyə başlayırlar.
9.Şokalad yeyin! Əlbəttə çox yeyin demirik.Ancaq az miqdarda şokalad yemək ömrü uzadırmış.Əsasən qara şokalad.
10.Oyun oynayın! Hansı yaşınızda olmanıza baxmayaraq uşaqlıqdakı kimi oyun oynamaqdan utanmayın.Evdə uşaqlarınızla(sərhədi keçməmək şərti ilə),yaşlı halınızda nəvələrinizlə və s. Məqsəd oyunlar zamanı sizin özünüzü yaxşı hiss etməniz olmalıdır.Daha maraqlı olsun deyə komyuter oyunu da oynaya bilərsiniz.