Qadin.NET / Ağız qoxusunu yaradan səbəblər və həlli yolları

Ağız qoxusunu yaradan səbəblər və həlli yolları

Tibbdə   pis  ağız  qoxusunu  halitosis  olaraq  adlandırırlar. Ağız  qoxusu, xarici  görünüşünüzə nə qədər əhəmiyyət versəniz  verin, nə qədər baxımlı olsanız olun, ətrafınızdakı insanların sizdən uzaqlaşması üçün yetərli  bir  problemdir. Ağız qoxusu, sizin  həm şəxsi həyatınıza həm ictimai həyatınıza, həm də iş həyatınıza mənfi təsir edən ciddi  bir  problemdir. Ağız  qoxusunun  səbəbləri  iki  əsas  qrupda toplanır :


1. Ağız qoxusunun ümumi səbəbləri :

Ağız qoxusunun səbəblərinin 90%-i ağızdakı problemlərdən qaynaqlanır.


Nizamlı olaraq ağız baxımı edilmədiyi təqdirdə, qidaların artıqları dişlərin arasında, dilin üzərində, diş ətlərinin üzərində yığılmağa başlar və bu da bir müddət sonra xoşagəlməz bir ağız qoxusuna səbəb olar.


Sarımsaq və soğan kimi kəskin qoxusu olan qidalar istehlak edildiyində, bədən bu qidalara  öyrəşənə qədər, ağızdakı sarımsaq, ya da soğanının narahat edici qoxusu keçməz.


Ağızdakı çürümüş dişlər, köhnə diş  plombları  kimi diş tətbiqləri pis ağız qoxusuna səbəb olan digər faktorlardandır.


Ağız və dişlərə tam uyğunlaşmamış pis və keyfiyyətsiz  protezler  ciddi ağız qoxularına səbəb olarlar.


Bunlardan əlavə çox vaxt ağla gəlməsə də, olduqca ciddi bir səbəb olan ağız içi şişləri də çox ağır və narahat edici ağız qoxusuna səbəb olarlar.


Ağız qoxusu cəmiyyət içində adamı son dərəcə hörmətdən salıcı vəziyyətlərə gətirə bilən  və  bir  çox boşanmalara da səbəb olaraq göstərilən ciddi bir problemdir. 

Ağız  qoxusunu yaradan səbəblər və həlli yolları

Ağız qoxusundan xilas olmaq üçün nələr edilə bilər?


Ağızda diş əti xəstəliyi varsa sürətlə müalicə edilməlidir.


Ağızda çürük dişlər varsa plomb etdirilməli və ya çəkilməlidir.

 Gündə ən az iki dəfə mütləq  dişlər  diş  pastası  ilə  fırçalanmalıdır.

 

Gündə bir dəfə diş  ipi istifadə  edilərək diş təmizliyi edilməlidir.

Bu cür baxımlara diqqət göstərmənizə baxmayaraq, hələ  də ağız qoxusu şikayətiniz  davam  edirsə, ağız qoxusuna səbəb olan digər səbəbləri araşdırmalısınız.

 

 2. Ağız qoxusunun digər səbəbləri.

 

Əgər sinüzit, bronxit kimi xəstəlikləriniz varsa ağız qoxusu şikayətiniz ola bilər.


Ağciyər qaynaqlı infeksiyalar ağız qoxusu şikayətinə səbəb ola bilər.


Böyrək çatmamazlığı və qaraciyər çatmamazlığı ağız qoxusunun səbəblərindəndir.


Maddələr mübadiləsinizdəki bəzi pozğunluqlar ağız qoxusu yarada bilər.


Bağırsaqlarınızda parazit varsa, xüsusilə səhər oyandığınızda ağız qoxusu problemi yaşaya bilərsiniz.


Şəkər xəstəliyi ağız qoxusu yarada bilər.


Pəhriz və oruc dövrlərində ağız qoxusu problemi yaşana bilər.

21 sentyabr 2012
GO BACK