Qadin.NET / Böyürtkən xərçəngin qarşısını alır?

Böyürtkən xərçəngin qarşısını alır?

Böyürtkən xərçəngin qarşısını alır?

Böyürtkən xərçəngin qarşısını alır?
Türkiyənin Ordu Universitetinin professoru belə bir qənaətə gəlib


Sən demə böyürtkən xərçəng və şiş hüceyrələrinin yayılmasının qarşısınsı alır. Türkiyənin Ordu Universitetinin dekanı, professor Turan Karadəniz belə bir qərara gəlib və xərçəng xəstəliyinə qarşı bu meyvədən istifadənin faydalı olduğunu bildirib.

Onun sözlərinə görə, xəstə hüceyrələrin inkişafına mane olan meyvənin tərkibindəki xüsusi turşular, minerallar və vitaminlərdir.

Qeyd edək ki, böyürtkənin faydaları bununla bitmir. Belə ki, meyvə bədənin müxtəlif hissələrində yaranan şişkinlikləri, yüksək təzyiq, şəkər, tənəffüs yolu xəstəliklərinin müalicəsində kömək edir. Yarpaqları qaynadılıb içildikdə diş və diş ətlərinə, böyrəkdəki daşların düşürülməsinə faydalıdır.

Bundan əlavə insanı tox saxladığı üçün meyvədən həm də, pəhriz kimi istifadə etmək olar.
4 avqust 2010
GO BACK