Dırnaq yemə nə deməkdir?
Dırnaq yemə uşaqlıq vərdişidir. Hələ körpə ikən əllərimizə azmı torbacıqlar taxıb bağlayıblar ki, üz-gözümüzü cırmaqlamayaq, barmağı ağzımıza aparmayaq. Ara həkimləri isə çox vaxt mədədə qurd olmağı dırnaq yeməkdə görürdülər.
Dırnaq bir yana qalsın, elə insanlar var ki, mayanı da didib, parçalayır. Bu isə artıq başqa bir fəsaddır.
Psixoloqlar dırnaq yemənin səbəbini əsəbdə, ruhi gərginlikdə görür. Onlar hesab edir ki, dırnaq yemə kiçik bir sıxıntıdan psixoz xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti sayıla bilər. Uşaqlıqda buna yenə dözmək olar. Bəs böyüyüb boya-başa çatanda neyləyəsən?
Həkimlər məsləhət görür ki, belə adamlar taxta dırnaqlardan istifadə etsə yaxşıdır. Yəni belə dırnaqlar qalın olur, onu dişləmək o qədər də asan deyil. Və yaxud dırnaqlara acı dodaq boyaları sürtmək lazımdır.
Görəsən, bütün bunlar insanın əsəblərini sakitləşdirə bilərmi, sarsıntıdan çıxara bilərmi?
Hər halda yaxşılığa doğru tərpəniş nöqtəsi ola bilər. İnanmırsınızsa barmağınızı ağzınızdan çıxarıb, yoxlayın..