Qadin.NET / Gənəgərçək yağının 6 faydası

Gənəgərçək yağının 6 faydası

 

Gənəgərçək yağının 6 faydası

 

Gənəgərçək yağına, demək olar ki, bütün apteklərdə rast gəlmək mümkündür. Amma nədənsə ona heç fikir verən yoxdur. Halbuki, bu yağ bir çox problemləri həll etmək üçün əla vasitədir. Bu yağı həmişə əlinizin altında saxlasanız, peşman olmazsınız. Sizə gənəgərçək yağından istifadənin ən çox yayılan, bəlkə də çoxunuzun bilmədiyi 6 üsulunu təqdim edirəm.   

Gənəgərçək yağının 6 faydası
1. Gənəgərçək yağını həftədə 3 dəfə kirpiklərinizə çəksəniz, onlar daha sıx və uzun olar.
2. Bu yağdan ziyillərin aparılmasında da istifadə olunur. Yatmazdan 20 dəqiqə əvvəl, gündüz və axşam olmaq şərtiylə yağı ziyil olan bölgəyə yaxşıca yeridin.  Bunu bir neçə dəfə təkrar edin. Çox keçməz xeyrini görəcəksiniz.  
Gənəgərçək yağının 6 faydası

3. Yağın döş gilələrinə çəkilməsi körpələrin südlə bəslənməsi dövründə anaların əziyyətini və ağrılarını azaldar.  Döşdən süd ifrazını asanlaşdırar.
4. Əgər uşağın saçı seyrək və nazikdirsə, yatmazdan qabaq başını gənəgərçək yağı ilə masaj edin, səhər isə yuyun.
 Bunu həftədə 2 dəfə, yaxşılaşma hiss olunduqdan sonra isə ayda bir dəfə təkrar edin.
Gənəgərçək yağının 6 faydası

5.  İşdən yorğun gəlmisiniz. Ayaqlarınızın sızıltısına dözə bilmirsiniz. Gənəgərçək yağı burada da köməyiniz ola bilər. Axşamüstü ayaqlarınızı ilıq su ilə yuyub qurudun. Gənəgərçək yağı sürtüb, corablarınızı geyinin. Səhər dəriniz yumşalacaq, yorğunluq və ağrı hissi tamamilə yox olacaq.
6. Yağdan qabarların yumşaldılması üçün də istifadə etmək olar.
4 may 2013
GO BACK