Qadin.NET / Kökəlib arıqlayandan sonra yaranan çatlar

Kökəlib arıqlayandan sonra yaranan çatlar

Kökəlib arıqlayandan sonra yaranan çatlar

Arıqlaya bilmək çox gözəldir. Amma incə bir bədən həmişə gözəl bir bədən demək deyildir. Kökəlib arıqladıqdan  sonra yaranan çatlar incəlməyimizin qarşılığı olaraq qarşımıza çıxır. Yaxşı ki, müxtəlif tədbirlərlə qorunmaq, ya da meydana gəldikdən sonra da bəzi üsullarla bunları yüngülləşdirmək mümkündür.

Dəri Xəstəlikləri Mütəxəssisi Dr. Melisa əczaçı və Dr. Zeynəb Bozburaya tez-tez kökəlib arıqlamaq zamanı ortaya çıxan, estetik baxımdan çox cansıxıcı olan çatlarla mübarizə üçün nələr edilə biləcəyini soruşduq. Həkimlər hər qadının xəyalının hamar bir dəri, estetik bir bədən olduğunu, ancaq müxtəlif faktorlarla dərinin sağlamlığını itirə bildiyini və dəri toxumasının zəiflədiyini ifadə edirlər. Dəri toxuması zəiflədikdə isə ortaya çıxan başlıca problemlərdən biri də dəri çatlarıdır. Çatlar dərinin həddindən artıq dartılması nəticəsində dəridəki elastik toxunmanın qırılması ilə meydana gəlir. Başlanğıcda qırmızı ilə bənövşəyi kimi bir rəngdə olan böyük-kiçik bu cızıqlar vaxt ötdükcə sədəfli ağ bir rəngə çevrilir. Ən çox qarın, omba, baldırlar və sinələrdə görülən çatların meydana gəlməsinə çəki dəyişmələri  səbəb olur. Yaxşı, bu çatlar niyə hər kökəlib arıqlayan qadında görülmür? Dəri formamız çatların meydana gəlmə ehtimalına çox təsir edir. Bəzi dərilər digərlərinə görə daha dözümsüz olur. Məsələn: çox açıq rəngli dəri çatların meydana gəlməsinə daha  çox meyllidir. 

     Çatların meydana gəlmə səbəbi belə açıqlanır: Dəri üst- üstə sıralanmış 3 laydan ibarətdir: Epidermis, derm və hipoderm. Derm əsl bir yorğanı xatırladır. Tərkibindəki liflər sayəsində dərinin əsas damını meydana gətirir. Dəstə şəklindəki kolajen lifləri, dərinin dözümlülüyünü, diriliyini və strukturca bütövlüyünü təmin edir. Daha incə olan elastin lifləri, kolajen lifləriylə birlikdə bir şəbəkə meydana gətirir və dərinin elastikiyində əhəmiyyətli bir rol oynayır. Əgər kolajen şəbəkələri nizamı pozularsa və elastik liflər qoparsa, dərini möhkəmləşdirən bütün quruluş pozulur və dəri yaraya bənzər bir vəziyyət alır, çatlar meydana gəlir.

 

  Çatlara mane ola bilərikmi?

Düzgün qidalanmaq və bol su içmək dərinin sağlam bir quruluşa sahib olmasında və özünü qorumasında əhəmiyyətli bir faktordur. Dəridəki çatlara mane olan hər cür tədbir yaranan izlərin də eyni şəkildə solmasına kömək edir. Bu üsullar xəstəxana, klinika və gözəllik mərkəzlərində tətbiq olunur və həkim nəzarətində edilməsi lazımdır. Ancaq qeyd edək ki, izlərin tam itməsi qeyri-mümkündür. 

 Çatlara qarşı müalicə üsülları

     Dəri çatları müalicəyə çox çətin tabe olsalar da, müəyyən prosedurların köməyi ilə 40-60% yaxşılaşma əldə etmək olar.  Amma, əlbəttə ki, sizdəki çatların xüsusiyyətlərinə, nə vaxtdan qalmasına, rənginə baxmaq lazımdır.  Əgər daha başlanğıc səviyyəsindədirsə, incə çatlardırsa, bunları müalicə etmək daha asandır. Müalicələrdə dəri tipi, çatların mərhələsi, genişliyi, bölgəsi kimi müxtəlif faktorlar nəzərə alınaraq, kombinasiya şəkilində proqramlar tətbiq olunur. Çatlara qarşı tətbiq olunacaq hər üsulun mütləq mütəxəssis həkimin köməyi ilə etməyin  lazım olduğunu unutmamaq lazımdır. Həkim müayinədən sonra sizə hansı üsulun daha səmərəli olduğunu və qiymətini dəqiq deyə bilər.

Mikrodermoabrazya 

     Bu üsulda problemli bölgəyə aliminium oksid kristalları püskürdülür. Ultrasəs dalğası vasitəsiylə bağ toxuması, qüvvətləndirici dərman və kremlər dəriyə yeridilir. Tətbiqdən sonra həmin yerdə 15 dəqiqə ərzində heç bir qızartı və iz qalmır. Əməliyyat bədənin hər yerinə tətbiq oluna bilər. Əks təsirinin olmadığı deyilir. Dörd fəsil edilə bilər. Mikrodermoabrzya mütləq həkim nəzarətində edilməsi lazım olan bir tətbiqdir.

  Kriyoterapiya

     Kriyoterapya bir dondurma əməliyyatıdır. Çat izlərinin aradan qaldırılmasında istifadə edilir. Nadir olaraq, ləkələrin aradan qaldırılması kimi kosmetik əməliyyatlarda da işlədilir. Əməliyyat dərinin yeniləşməsini və cavanlaşmasını təmin edir. Həmçinin anesteziya tələb etmir.

Lazer tətbiqi

     Lazer daha ciddi bir cəhd və  fəsildən asılı bir tətbiqdir. Burada lazer şüalarıyla dərinin üst layları soyulur və təzə dəri təbəqəsinin çıxması təmin edilir. Çatlar bir bağ toxuması xəstəliyi olaraq təyin olunur. Dərinin soyulması  kafi deyildir. Bağ toxumasını təmir edici dərman və kremlərin əmilməsini artırmaq üçün ultrasəs dalğası üsulu mütləq tətbiqə əlavə olunmalıdır. Dəri çatlarına tətbiq edilən və effektli olduğu deyilən lazer və işıq sistemləri istifadə edilərkən, əsmər dərili insanlarda ləkə qalması təhlükəsi olduğu üçün diqqətli olmaq lazımdır.

  Reflexoterapiya

     Reflexoterapiyanin məqsədi qan dövranını canlandırmaq və nizama salmaqdır. Kolajen və elastin meydana gəlməsində məsuliyyətli olan hüceyrələr aktiv edilir. CFK proqramıyla toxumalara xüsusi vakum şəkli xüsusi tezlik və başlıqlarla tətbiq olunur. Bədəni rahatlaşdıran və dincəldən bir üsuldur.

Mezoterapiya

     A və C vitamini,  minerallar, nükleik turşular və bir çox dəri yeniləmə xüsusiyyəti olan maddələrdən kombinasiya edilir.  Mezoterapiyada istifadə olunan qatışıqlar az-az dəriyə tətbiq edilir.  

Dərmanlar  ilə çatların müalicəsi:  

Tretinoin

C vitamini

Hyulikolik turşusu

Çatları həm də kimyəvi pilinqlər vasitəsi ilə də müalicə edirlər.

Siz nələr edə bilərsiniz?

Dərinizi hər gün bir kremlə nəmləndirin. Kremlər həm çatlamağa qarşı dəriyə lazım olan suyu verəcək, həm də dərinin estetik tutumunu artıracaq. 

Bol- bol su için.

A, E və C vitaminləri cəhətdən zəngin yeməklərlə qidalanın.

 Təkrar xatırladaq: çatlar tam olaraq müalicə edilmir,  sadəcə yaxşılaşdırıla bilir.

8 may 2013
GO BACK