Qadin.NET / Miqren

Miqren

    Miqren-başın bir yarısında baş verən tutma şəkilli ağrılarla başlayan sinir sistemi xəstəliyidir. Miqren kişilərdən çox qadınlarda əsasən də yetkinlik dövründə baş verən və bəzən də irsən keçən xəstəlikdir. Miqren xəstəliyinin əsas səbəbi hələ də məlum deyil.

  Miqren xəstəliyi göz və gicgah nahiyyəsində ağrılarla başlayır. Get-gedə ağrı başın bir yarısını tutur. Xəstəyə işıq, səs pis tesir edir. Öyümə, qusma, gicgah arteryasında gərginlik və ağrı baş verir. Ağrı dəqiqələrlə, bəzən saatlarla davam edir.

 

 Müalicəsi: ağrı baş verən anda sakit qaranliq otaqda yataq rejimi, isti ayaq vannası və ya ilıq duş, beyin-ənsə nahiyyəsinə xardal yaxması və ya mümkünsə masaj, isti  tünd çay təyin edilir.

Miqren

Xəstə adi vaxtda daha çox açıq havada gəzməli, yataq və yemək rejiminə fikir verməlidir. Xəstəlik bəzən həftələrlə davam edə bilər. Ona görə mütləq mütəxəssilə dərman müalicəsi aparılmalıdır.   

  

4 avqust 2012
GO BACK