Qadin.NET / Hemofiliya

Hemofiliya

 

 

 Hemofiliya-qədim vaxtlardan məlum olan qansızma, qanaxmalarla və hematomalarla gedən xəstəlikdir.

Hemofiliya ilə ancaq kişilər xəstələnir, qadınlar daşıyıcıdır. Lakin bəzən hemafiliya daşıyıcısı olan qadında da qansızmalar, burun qanaxmaları müşahidə olunur.

 

 Hemofiliya-qanda VIII,IX-amillərin defsiti (azlığı, çatışmazlığı) ilə əlaqədar olan xəstəlikdir. Qeyd edildiyinə görə, VIII-amil çatışmadıqda hemofiliya-A, IX-amil çatışmadıqda isə hemofiliya-B baş verir. XI-amil olmadıqda Hemofiliya-C olur.

 

  Hemofiliya zamanı qansızmanın və qanaxmanın başlıca səbəbi laxtalanma mexanizminin pozulmasıdır.

Əsas əlamətlərindən biri hematomaların əmələ gəlməsi və oynaqların zədələnməsidir. 

  Hemofiliya posthemorragik anemiya, hematomalarla sıxılma sindromu, anuriya, hematomaların infeksiyalaşması

kimi ağırlaşması kimi gedə bilər.   

Allah butun xəstələrin şəfasını versin. Amin


 

27 iyul 2012
GO BACK