Qadin.NET / Armud şirəsinin faydaları

Armud şirəsinin faydaları

Hələ qədim zamanlardan çinlilər armud meyvəsini - uzunömürlük simvolu adlandırıdılar. Çünki armud ağacı, digər meyvə ağaclarından daha uzun ömür sürür.

Bizim ölkədə də bu meyvə sevilir. Bu gün armud şirəsinin faydalarından yazmaq istəyirəm.

Armud böyük müalicəvi effektə malikdir. Xalq təbabətində geniş istifadə olunur.

İlk növbədə armud şirəsində xeyli miqdarda sink var. Ərikdən, almadan, şaftalıdan, gavalıdan fərqli olaraq vitaminlərlə zəngindir. Armud şirəsinin tərkibində fruktoza çoxluq təşkil edir. Vitaminlər A, E, C, B qruppası, PP, P, biotin - gözəllik vitamini, mikro- və makroelementlər: dəmir, yod, ftor, marqans, molibden, vanadiy, bor, kobalt, kremnium, maqnium, kalsium, natrium, fosfor çoxluq təşkil edir.

Əgər qəbizlikdən əziyyət çəkirsinizsə köməyinizə armud şirəsi gələcək. Səhər acqarına 1 stakan şirədən qəbul edin və bağırsaqlar mütləq boşalacaq.

Armud şirəsi insan orqanizmində olan bakteriyaların: stafilokokkların, dizenteriya və bağırsaq çöplərinin məhv olmasına təsir edir.

Ev şəraitində əldə olunan armud şirəsinin faydası çoxdur. Armud şirəsini için və həmişə sağlam olun.


26 iyul 2012
GO BACK