Steres günümüzün ən önəmli problemlərindən biridir. Üstəlik bu hal qadın , kişi hətta uşaqlarda da baş verir.Sağlamlığımıza ya ziyan vurur, ya da müəyyən xəstəliklərin əmələ gəlməsinə təkan verir.Araşdırmalar nəticəsində uzun müddət stres altında olan qadınların hüceyrələrində daha çox sərbəst radikallar aşkar olunmuşdur, bu zərərli maddələrin də qadınların qocalmasını sürətləndirdiyi məlum olmuşdur.
Stres bizə nələr edir?
*Stres nəticəsində pozulan qan dövranı damarların varikoz xəstəliyinə səbəb olur.
* Dərini korlayır: Dəri qocalması və qırışlar kimi problemlər yaradır.
*Dərinin nəm və yağ balansını pozur.
*Sızanaqları artırır və allergik reaksiyalara yol açır.
*Stres altında tər vəziləri daha intensiv işləyir.
*Saçların tökülməsi və ya ağarmasına səbəb olur.
*Bəzi insanlarda dırnaq və saçların uzanlası ləngiyir.
*Əsəbləşdiyiniz zaman alın, ağız, göz ətrafında sıxılmalar baş verir.
*Dodaqlar uçuqlayır.