Qadin.NET / HEÇ BIR KƏSIN ÖZ HƏYATI ILƏ OYNAMAĞA HAQQI YOXDUR

HEÇ BIR KƏSIN ÖZ HƏYATI ILƏ OYNAMAĞA HAQQI YOXDUR

HEÇ BIR KƏSIN  ÖZ HƏYATI ILƏ OYNAMAĞA HAQQI YOXDUR

GƏLİN NARKOTİKAYA YOX DEYƏK

Tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir.Narkotikdən asıllıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir,lakin onun caynaqlarından qurtulmaq çox az adama nəsib olub.Hətta narkotikdən can qurtarmaq barədə güclü iradə yaransa da, bunu etmək çox çətin və uzun vaxt tələb edir.Bu problemi həll etmək çox az adama nəsib olub.
Buna görə də ən yaxşı həll yolu-narkotikə toxunmamaqdır!

ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası adlı hesabatına görə,Azərbaycan əsas narkotranzit ölkələrdən biridir.90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində müharibə getdiyindən “Balkan marşrutu” bağlanıb ve beləliklə, Azərbaycan əsas tranzit marşrutuna çevrilib.

Qeyd edək ki,Azerbaycanda 180-200 min narkoman olduğu deyilir ki,onların da 30-35%-i tələbələrdir.Lakin Azerbaycan hökumətinin rəsmi statistikasında bu rəqəm 18 min göstərilir.Qeyd edək ki,narkotik maddə istifadəçilerinin çoxu əsas şəhərlərdə və Iranla sərhəddə yerləşən Lənkəran rayonunda (64,6%) yaşayır.Hətta gənc qadınlar arasında da narkotik maddələrdən istifadə halları çoxalıb.Lənkərandan sonra həmin sırada Bakı ve Gəncə durur.
Həkimlərin dediyinə görə narkomanların sayının ildən-ilə artır.İnsanlarda bir dəfə maraq oyanır,istifadə edir,sonra xəstəlik formalaşmağa başlayır.Azərbaycanda ən təhlükəli forma alanı “heroindir".Ondan bir-iki dəfə istifadə etdikden sonra xəstəlik formalaşır.Ümumiyyətlə,ölkəmizdə ən çox istifadə olunan narkotik maddələr “opiat” qrupuna aid olanlardır ki,buraya “heroin”, “həşiş” və s. maddələr daxildir. Sovet dövründə Həmin qrupa aid olan “morfinq”, “promidol” ve başqaları, preparat olaraq,ağrıkəsici kimi istifadə edilirdi.Onları isə xəstəxanada tapmaq çətin idi.Sovet dönəmində,əsasen,“kanabionit” qrupuna aid olan “anaşa”, “marixuana” və sair bu kimi narkotik maddələrdən istifadə olunurdu. Bunlar yüngül qrupa aiddir. Birinci qrupa aid olanlar qısa bir müddətdə güclü asılılıq yaradır.Hər maddədən istifadə edən şəxs narkoman olmur.Onların klinik əlamətləri olur.Birinci əlamət budur ki,bu, psixi və fiziki asılılığa çevrilir.Digər əlamət dəyişilmiş registativ sindromdur.Yəni- Insan narkotik qəbul edəndə, ilkin olaraq,özünü çox pis hiss edir,ürək bulanma,qusma başlayır.Çünki birinci dəfə,normal insan olduğundan,orqanizmin toksik maddəyə reaksiyası olur.Bir neçə dəfədən sonra artıq vərdiş edir və asılılığa düşür.Ancaq maddəni qəbul edəndən sonra özünü normal insan kimi hiss etməyə başlayır. Yəni reaktivliyi dəyişir.Sadaladığım bu əlamətlərdən bilinir ki,şəxs narkomandır,yoxsa yox.İnsan var ki,hər zaman bundan istifadə edir,içki içir,lakin asılılığa düşmür”.
İnsan sağlamlığına tibbi baxımdan vurduğu zərərə gəlincə,həkimlər qeyd etdi: “Narkotik toksin maddə olduğundan,şəxsin bütün daxili orqanlarına mənfi təsir edir.Ürək-damar sistemindən tutmuş,nevroloji sferaya qədər təsir edərək xarakterini dəyişir.Onlar həmin maddəni qəbul edəndə normal adam olur,lakin vaxtı qurtaran kimi onun üçün nə ana,nə ata,nə aile olur.Xəstə narkotik qəbul edənə qədər özünü idarə edə bilmir.Bu zaman ona nə desən razı ola bilər,təki istədiyiylə təmin oluna bilsin.Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur.Çünki qəbul etdikcə,təsiri hiss etmək üçün dərəcəni artırmalıdır.Son olaraq,elə bir həddə çatır ki,20 normal adamı öldürə biləcək bir dərəcəni birdəfəyə qəbul edir.Yəni 80-90 milliqram narkotik normal adamı öldürür.Onlar isə sutkada 3000-4000 milliqram dərəcəsində narkotikdən istifadə edirlər.Bu,bir müddət davam edə bilər.Bir anda toksik maddə beyində tənəffüs mərkəzinə gedir ve nəfəs yerindəcə kəsilir.Azərbaycanda bir narkoman xəstənin müalicəsinə ilkin mərhələdə 60-100 manat sərf olunur:“Qanunla narkomanların müalicəsi pulsuzdur.Lakin xəstələr dərmanlara xərc çəkir.Ilkin mərhələ–bir həftəlik müalicə 60-100 manat arası başa gəlir.Müalicə iki aylıq olur,bəzən olur ki,illərlə gedir.Söhbət tək fiziki deyil,həm də psixoloji terapiyadan gedir.Sağalmaq insanın öz iradəsindən,xarakterindən asılıdır.Çünki bu xəstəliyi on günə qazanmayıb ki, on günə də bundan qurtula bilsin”.
21 iyul 2010
GO BACK