Qadin.NET / GİNEKOLOQA GETMƏK MÜTLƏQDİR

GİNEKOLOQA GETMƏK MÜTLƏQDİR

GİNEKOLOQA GETMƏK MÜTLƏQDİR

Əslində ginekoloqa ilk dəfə yeniyetməlik yaşında - 14-16 yaş arası getmək məsləhətdir.
Lakin nədənsə azərbaycanlı qızlarımız bundan utanır və ailə həyatı qurana qədər gözləməyi üstün tuturlar. Lakin ginekoloqa getməkdə pis heç nə yoxdur. Bu sizin gələcək sağlamlığınız üçün çox vacibdir. Çünki əksər hallarda ailə həyatı qurduqdan sonra hamiləlik prosesində müəyyən qarşısıalınmaz xəstəlik və problemlərlə qarşılaşa bilərsiniz (yumurtalığın və yumurtahüceyrənin inkişafında problemlər, uşaqlığın (matka) inkişafdan qalması, hormonal problemlər və s.).
Səhv addımlardan biri də nəinki ailə qurduqdan sonra, artıq hamilə qaldıqdan sonra ilk dəfə ginekoloqa müraciət etməkdir. Bu düzgün deyil. Əgər erkən yaşlardan cinsi orqanlarda narahatlıq, mensturasiya zamanı kəskin ağrılar və menstrual siklin pozulması, yumurtalıqlarda ağrı və s. kimi narahatlıqlar müşahidə edildiyi halda, yaşından asılı olmayaraq hər bir xanım mütləq ginekoloqa müraciət etməlidir.
Öz ginekoloqunu necə tapmalı?
Çoxsaylı xəstəxana və klinikalara baxmayaraq əksər hallarda həkim seçimi problemə çevrilir. Nə etməli? Ən yaxşısı rəfiqələrinizlə, qohumlarınızla məsləhətləşin. Ola bilsin ki, onlar bir neçə həkimin adını versinlər. Belə olduğu halda onlardan münasibinə yollana bilərsiniz. Hər halda bu fərdi seçimdir. Elə xanımlar var ki, ilk dəfədən öz ginekoluqunu tapmış olur, bəzilərində isə əksinə. Belə xanımlar bir neçə həkim-ginekoloqa baş çəkdikdən sonra öz həkimini nəhayət tapır. Narahtlığa ehtiyac yoxdur. Lakin ginekoloqa getməmişdən öncə müəyyən məqamları bilmək lazımdır.
Bu yazımızda xanımlarımıza “ginekoloqa gedərkən nəyi bilmək lazımıdır” haqda məlumat verəcəyik.
Həkim-ginekoloqa gedərkən bunları bilmək vacıbdır.

1. İlk növbədə menstrual sikli yada salın. Mensturasiya zamanı həkimə getmək olmaz. Çünki bu halda həkim müayinə apara bilməyəcək, həmçinin lazım olan analizləri də götürmək mümkün olmayacaq.

2. Əgər mensturasya siklinin kalendarını tutmusunuzsa onu özünüzlə götürməyi unutmayın. Əgər hələ də təqviminiz yoxdursa, mütləq tutun. Hər bir qız mensturasiya başladığı andan təqvim tutulmalıdır. Çünki həkimə getdikdə o sizə bir neçə sual verəcək: mensturasiyanız neçə yaşından başlayıb? Menstrual siklin davamlılığı nə qədərdir? Son mensturasiya tarixi və s. Əliniz altında təqvim olduğu halda bu suallara rahat və ən əası düzgün cavab vermiş olacaqsınız.


3. Həkimə getməmişdən bir ay öncə antibiotik qəbul etmək, antivirus dərmanlar içmək, vaginal şamlar, krem və ya həblərdən istifadə etmək olmaz. Bu düzgün müayinə üçün gərəklidir.

4. Hormonal statusun müayinəsi acqarnına və menstrual siklin müəyyən günlərində aparılır.

Kontrasepsiya metodları və istifadə

Cinsi yetkinlik nə deməkdir?

Aybaşı zamanı pəhriz
15 iyul 2010
GO BACK