Qadin.NET / Ən sağlam qidalar

Ən sağlam qidalar


Dünyanın ən sağlam qidalarının adları bəlli olub. "Forbes" jurnalının məlumatına görə, bu siyahıya 12 qidanın adı daxildir. Qidaların siyahısının hazırlanmasında qidalanma üzrə amerikalı mütəxəssis Conni Bovdenin qələmə aldığı "The 150 Healthiest Foods On Earth" (Dünyanın ən sağlam 150 qidası) adlı kitabdan istifadə edilib.

Yaşıl çay: nəfəs borusu xəstəlikləri, o cümlədən mədə xərçənginə tutulma riskini azaldır.

Nar: qan dövranını tənzimləyir. Damarları qoruyur və şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur.

Alma: ağciyər xərçəngi, astma, diabetdən qoruyur. Sümükləri gücləndirən kalsium ilə zəngindir. Yeməkdən 30 dəqiqə əvvəll yeyildikdə iştahı azaldır.

Brokolli: xərçəngin bütün növlərinə tutulma riskini azaldır. Mineral və vitaminlərlə zəngindir. Bədəni toksiki maddələrdən təmizləmək qabiliyyətinə malikdir.

Yumurta: təbiətin ən qüsursuz qidası hesab edilir. Proteinlə zəngindir. Beyni və göz sağlamlığını gücləndirir.

Qırmızı ət: Omega-3 vitamini ilə zəngindir. Lazımi miqdarda istifadə edildiyində, xərçəngdən qoruyur. Protein və B12 vitamini mənbəyidir.

Fındıq-fıstıq: həftədə 5 dəfə çərəz yemək infarkt və ürək problemlərini 30-50 faiz azaldır. Gün ərzində 25 qram çərəz yemək kifayətdir.

Süd: vitamin, mineral və faydalı bakteriyalarla boldur. Süd xərçəngə qarşı mübarizə aparan "CLA" asidinin yaranmasına kömək edir.

Balıq: tərkibindəki Omega-3 beyni və ürəyi qoruyur. Qan şəkərini tənzimləyir.

Lobya: çəkini, qan şəkərini tənzimləyir. Xərçəng və ürək xəstəliklərindən qoruyur. Gündə 25-28 qram qəbul edilməsi məsləhətdir.

Qarağat: xərçəngdən qoruyan antioksidanlarla boldur. Yaddaşı gücləndirir.

Soğan və sarımsaq: mədə, prostat, yemək borusu xərçənginə qarşı müqaviməti artırır. Ürək xəstəlikləri riskini 20 faiz azaldır.
Inşallah yazdıqlarımı istifadə edib faydasını görersiniz

14 iyul 2010
GO BACK