Qadin.NET / Limfa düyünləri niyə böyüyür?

Limfa düyünləri niyə böyüyür?

Limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər. Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir.

Orqanizmdə bir neçə limfa düyünləri qruplarlı mövcuddur. Belə ki, limfa düyünlər dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur.

Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var. Limfa kapilyarları bütün orqanlarda var.

Bədənin hər hansı yerində limfa düyünlərin böyüməsi və iltihabı bu yerdə problemin olmasından xəbər verir. Adətən limfa düyünün böyüməsinin səbəbi infeksiya, bəzi hallarda isə şiş olur.

Limfa düyünün böyüməsi və iltihabı "limfadenit" adlanır. Limfadenit irinli ola bilər. İrinli limfadenitin əsas simptomları limfatik düyünün böyüməsi və ağrılı olması, bu yerdə olan dərinin qızarması, bədən hərarətinin yüksəlməsi, ümumi zəiflik. Vaxtında müalicə olunmadıqda (cərrah müalicə edir) irinli limfadenit ağır fəsadlar verə bilər. Bu zaman limfatik düyünün qişası yırtılır və burada yığılmış irin ətrafdakı toxumalara yayılır. Buna fleqmona deyilir.

Uşaqlarda limfa düyünləri daha tez-tez hallarda böyüyür. Bəzən uşaqlarda limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır. Əksəriyyət hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqların immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Lakin hər halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qaldıqda onu pediatra göstərin.

Kəskin respirator infeksiyası, tonzillit, diş absesi (irinli iltihab), uşaq infeksion xəstəlikləri (məxmərək, qızılca, su çiçəyi, parotit) və digər infeksion, bakterial xəstəlikləri zamanı limfa düyünləri böyüyür və iltihablaşır. Bu zaman böyümüş limfa düyünləri yumşaq və əllədikdə bir qədər ağrılı olur.

İnsan sağaldıqdan sonra limfa düyünləri adətən öz normal ölçülərinə qayıdır.

Limfa düyünlərin uzun müddət ərzində böyümüş vəziyyətdə qalması insanda brusellyoz, listerioz, mononukleoz kimi xəstəliklərin və QİCS-infeksiyanın əlaməti ola bilər.

Bəzi hallarda böyümüş limfa düyünü xərçəng xəstəliyinin əlaməti ola bilər.

Şiş xəstəlikləri zamanı xərçəng birbaşa limfa düyünləri zədələyə bilər və ya digər orqanlarda inkişaf edən xərçəng limfa düyünlərə metaztaz edir.

Limfa düyünlərin şiş xəstəlikləri arasında ən tez-tez rast gəlinən limfoqranulematoz və limfosarkoma xəstəlikləridir. Bu xəstəliklər zamanı limfa düyünlər 3-4 sm kimi və daha artıq böyüyür, bərk və əlləmə zamanı ağrısız olur.

Döş və qarın boşluğu limfa düyünlərin xərçənglə zədələnməsini müəyyən etmək kifayyət qədər çətin olur.

Limfa düyünlərin metastatik zədələnməsi müxtəlif xərçəng xəstəlikləri zamanı qeyd oluna bilər. Şiş hüceyrələri limfanın axını ilə limfa düyünlərinə düşərək, burada çoxalmağa başlayır ki, nəticədə limfa düyünləri böyüyür.

Daha tez-tez hallarda limfa düyünlərinə süd vəzi xərçəngi, melanoma, qalxanvari vəzi xərçəngi, dil və qırtlaq xərçəngi, düz bağırsağın xərçəngi, ağ ciyərin xərçəngi metastaz verir. Bu zaman böyümüş limfa düyünü bərk və ağrısız olur.

Qasıq limfa düyünlərin böyüməsi melanoma, vulva xərçəngi, düz bağırsağın xərçəngi baş verir. Qoltuğaltı nahiyəsində limfa düyünlərin böyüməsinə süd vəzi xərçəngi, melanoma, limfoqranulematoz və s. səbəb ola bilər. Boyunun limfa düyünləri qalxanvari vəzi xərçəngi, qırtlaq xərçəngi, dil xərçəngi, limfoqranulematoz zamanı böyüyə bilər.

Beləliklə, böyümüş limfa düyünləri çox ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən özünüzdə böyümüş limfa düyünü aşkar etdikdə mütləq həkimə müraciət edin.

18 dekabr 2020
GO BACK