Qadin.NET / Ən çox yayılmış 2 mineral çatışmazlığı

Ən çox yayılmış 2 mineral çatışmazlığı

Dəmir çatışmazlığı

Dəmir, əsas minerallardan sayılır. Dəmir çatışmazlığı dünyada ən rastlanan hallardan biridir və dünyadakı insanların 25%-indən çoxuna təsir edir. Məktəbəqədər olan uşaqlarda bu rəqəm 47% qədər çıxır. Dəmir baxımından zəngin qidalar verilmədikdə dəmiz çatışmazlığı yaranır. 

Aybaşı olan qadınların qan itkisinə görə 30%-i və gənc hamilə qadınların 42%-i dəmiz çatışmazlığı ilə üzləşə bilir. Bundan əlavə, veqanlar və vegeterianlar bu risk daha yüksəkdir. 

Dəmir çatışmazlığının ən yayılmış nəticəsi, qırmızı qan hüceyrələrinin sayısının azaldığı anemiya halıdır. Simptomları yorğunluq, halsızlıq, zəif immunitet sistemi və pozulmuş beyin funksiyasıdır.

Həddindən artıq dəmir də ziyanlıdır, ehtiyac olmadığı hald qəbulu düzgün deyil. Xüsusilə, C vitamini dəmir əmilimini artırır. Dəmirlə zəngin olan qidalardan başqa C vitamini tərkibli qidalara da üstünlük verin.


Yod çatışmazlığı

Yod, qalxanavari vəzinin hormonları və fünksiyası üçün lazımlı mineraldır. Bu vəzinin hormonları böyümə, beyin inkişafı və sümük sağlamlığı üçün vacibdir. Metabolizmanın sürətini nizamlayır. 

Yod çatışmazlığı, dünyada hər 3 insandan birinə təsir edir. Yod çatışmazlığı zamanı vəzidə problemlər, ürək döyüntüsündə artım, nəfəs darlığı və kökəlmə müşahidə edilir. Şiddətli yod çatışmazlığı uşaqlarda zəka geriliyinə və inkişaf anormallığına səbəb ola bilir.

Yod çox vaxt torpaqda və okean suyunda olduğundan, yod baxımından azlığı olan torpaqda yetişən qidalarda da yod çatışmazlığı da olur. Bəzi ölkələr süfrə duzunu yodla zənginləşdirməyə məcbur olur. 



24 sentyabr 2020
GO BACK