1. İflic və infarkt riskini azaldır
Duz istifadəsinin insan sağlamlığına təsiri üzərinə aparılan araşdırmalar gündə 1 qram daha az duz istifadəsinin ifliç və infarkt riskini azaltdığını göstərir. Gündəlik duz qəbulunun miqdarını 1 qram azaltmaq iflic riskini 5%, infarkt riskini 3% azaldır.
2. Yüksək təzyiq
Duz qəbulu, təzyiq və şəkər kimi xroniki xəstəliklərə təsir edir. Hər 100 nəfərdən 35-ində görülən yüksək təqyiq, dünyada ölüm səbəblərini başında gələn xəstəliklərdən biridir. Ürək, beyin və damarlara təsir edən yüksək təzyiq bədəndə qalıcı zədələrə yol açır. Duz qəbulunu azaldaraq təzyiqi nizamlaya bilərsiniz.
3. Həzm sistemi
Çoxlu duz, mədə üçün zərərlidir. Uzaq Şərq ölkələrində duzla hazırlanmış dəniz məhsulları ilə qidalananlarda mədə xərçənginin görülmə ehtimalı digər insanlara görə 15%daha çoxdur. Duzu tərgitməyi asanlaşdırmaq üçün ədviyyatlardan faydalanın.