Gözəl görünüşün ilk şərtlərindən biri bəyaz dişlərdir. Miravari kimi bəyaz dişlər hamının arzusudur. Ecazkar xüsusiyyətə malik olan limon vasitəsilə həkimə getmədən belə bəyaz dişlərə sahib olmaq olar.
Dişləri təmizləyəndə diş tozuna və ya pastasına bir az xörək sodası və 1-2 damcı limon şirəsi əlavə olunarsa, onların
sarıltısını asanlıqla götürmək olar. Əgər dişlər mütəmadi olaraq limon qabığı ilə sürtülsələr, dişlər ağ, onların kökü isə bərk olacaq. Suda əridilmiş bir damcı limon şirəsi ilə ağızı yaxalayaraq kariyesə düçar olmuş dişlərə müalicəvi təsir göstərmək olar.
Məlumdur ki, bəzi hallarda bu vasitə ilə uzun müddət çəkən mütəmadi diş ağrıları kəsilirdi. Diş xəstəliklərinin müalicə təcrübəsi göstərir ki, dişlər səhər və axşam limon şirəsi ilə təmizlənsə, bu damaqların və dişlərin hər bir xəstəlikdən qorunmağına xidmət edir. Ağızdan gələn pis iyi aradan götürmək üçün gündə bir çay qaşığı sürtülmüş quru limon qabığını şəkərlə və ya bal ilə qəbul edirlər.