Alimlər 29-75 yaş arası 106 sağlam insan üzərində araşdırma apardı. Araşdırmaya görə yaşlanma müddəti insanlara fərqli formada təsir edir.
Yaşlanmaya təsir edən 4 tip müəyyənləşdirildi.
- İmmunitet
- Böyrək
- Qaraciyər
- Metabolizma (maddələr mübadiləsi)
Hər yaşlanma növü bədəni bədənin fərqli bölgəsinə təsir edir.
- Metabolizma qrupuna aid olan insanlar yaşlandıqca diabetə meyilli olurlar.
- Qaraciyər qrupuna aid olan insanlar qaraciyər xəstəliklərinə tutulma riskini daha çox daşıyırlar.
- İmmunitet: immunitetləri zəifləyir və xəstəliklərə tutulma riskləri artır.
- Böyrək: fərqli böyrək xəstəlikləri riskini daşıyırlar.
Araşdırmaya görə, birdən çox yaşlanma tipinə sahib ola bilərsiniz. Yaşlanma tipinizi bilərək, yaşlanma müddətini yavaşlada bilərsiniz. Bədənizi uzun müddət sağlam saxlaya bilərsiniz. Bunun üçün vərdişlərinizi dəyişdirməyə başlamalısınız.
Tərcümə: Ustaclı