Davamlı şirniyyat yemək istəyi
Yüksək karbohidrat tərkibli qidalar yemək, şirniyyat asılılığı insulin bağlı problemin göstəriciləridir. Həkimə getməkdə fayda var.
Yorğunluq hissi
Keçməyən yorğunluq hissi bədənin siqnalıdır. Bu diabet, böyrəküstü vəzi problemləri, mineral və vitamin çatışmazlığı, qansızlıq, revmatizma, qaraciyər və böyrək xəstəlikləri, bağırsaq xəstəliklərinin, depressiya və iş stressindən qaynaqlana bilər.
Yuxusuzluq
Yuxu bir çox xəstəliyin xəbərçisi ola bilər. Stress, depressiya, qeyri-sağlam həyat tərzi, qidalanma, mədə xəstəlikləri, revmatizma kimi bir çox faktor yuxu sistemini poza bilir.