1. Diabet riski
Qarın və bel bölgəsində həddindən artıq yağ yığılması, daxili orqanların da yağlanmasına səbəb olur. Xüsusilə, qaraciyər yağlandıqda, qan şəkərini nizamlaya bilməz. Qaraciyərdə təmizlənməyən şəkər qan dövründə artar. Şəkər xəstəliyi üçün zəmin hazırlanar. Diabet bir çox başqa xəstəliklərə səbəb ola bilir.
2. Xərçəng riski
Qarın bölgəsində yığılan yağlardan ifraz olunan bir növ protein, xərçəng riskini artırır.
3. Ürək-damar xəstəlikləri riski
Piylənmə qan damarlarını daraldır və yüksək təzyiqə səbəb olur. Arteriyaların tıxanması infarkt riski deməkdir. Sağlam qidalanmalı və yüksək miqdarda yağ tərkibi olan qidalardan uzaq olmaq lazımdır.