Qadin.NET / Baş ağrıları

Baş ağrıları

Edilən araşdırmalarda baş ağrısının cəmiyyətdə ən çox qarşılaşılan narahatlıqlardan biri olduğu, ən sıx gərginlik tipli baş ağrısı və migrenlə qarşılaşıldığı müəyyən olunub. Araşdırmacılar, hər iki tip baş ağrısının yaranmasında bənzər xüsusiyyətlər olduğunu söyləyib.

Baş ağrısında ən başda gələn faktorların, fiziki və ruhi köhnəlmələr olduğunu ifadə edən elm adamları:
"Fiziki köhnəlmənin əsasında az və ya çox yuxu, nizamsız bəslənmək gəlir. Ruhi köhnəlmə deyincə, isə ön sırada gələn faktorlar, depresiya və narahatlıqdır. Bu hər iki qrup risk faktoru həyatınızın bir dövründə qalıcı və xronikiləşən baş ağrılarınıza səbəb olmaqla bərabər insanda bir çox sistemlər üzərində də mənfi təsirlər yaradır. Başqa sözlə baş ağrısının altında yatan əsas səbəb mütləq təsbit edilib, ona qarşı tədbirlər görülməlidir."-deyə söyləyiblər.

"Görüləcək ilk tədbir qorunmaqdır" 

Elm adamları hər iki tip baş ağrısı üçün də görüləcək ilk tədbirin "qorunmaq" olduğunu vurğulayaraq, baş ağrılı kəslərin xüsusi və iş həyatlarında özlərinə diqqət göstərməklərinin lazım olduğunu söyləyib. Həyat tərzində dəyişiklik edilərək bu narahatlığın önlənə biləcəyini bildirən araşdırmacılar, baş ağrısı çəkən adamın, işinə yaxşı uyğunlaşa bilməyəcəyini, ailə həyatının axsaya biləcəyini, özünə və hobbilərinə vaxt ayırmasının çətinləşəcəyini ifadə edib. 

Nə etməli?

"Baş ağrısı müalicəsində əsas nöqtə, xəstə-həkim ünsiyyətidir. Hər xəstənin öz bünyəsinə uyğun baş ağrıları yaradan xüsusiyyətləri vardır. Bu səbəblə xəstə öz xüsiyyətlərini tanımalıdır. Baş ağrısı müalicəsində çox sayda və yüksək dozada dərman istifadə etmək həkimin seçdiyi bir üsul deyildir. Bu səbəblə, xəstə əlindən gəldiyincə onda baş ağrısı yaradan xüsusiyyətlərdən çəkinməli, dərmanlara olan ehtiyacını azaldaraq həkiminə köməkçi olmalıdır. 
Xroniki baş ağrılarının müalicəsində edilən əsas müalicəvi yol xəstədə qoruyucu müalicəyə başlamaq və ağrıların sayını ayda 1 və ya 2yə qədər endirməkdir."

4 mart 2012
GO BACK