1. Gözlərinizi əllərinizlə örtün
Gözlərinizi əllərinizlə örtün və bir neçə dəqiqə ərzində qaranlığa baxın. Bu məşqi ardıcılıqla 2 dəfə edin.
2. Sağa və Sola Baxma Məşqi
Dik formada oturun, başınızı hərəkət etdirmədən qarşıya diqqət cəmləyin. Bu halda gözlərinizi sola çevirin və gördüyünüz bir nəsnəyə diqqət cəmləyin. Sonra eyni formada sağa baxın. Bu məşqi 3 mərhələ tamamlanana qədər davam edin.
3. Yuxarı və Aşağı Göz Məşqi
Dik oturun, başınızı hərəkət etdirmədən beş dəfə yuxarı və aşağı baxın. Alınızı qırışdırmayın. Göz məşqləri ağrı, quruma, yaşarma kimi problemlərin həllində təsirli rol oynayır.
4. Dairəvi Göz Məşqi
Sola baxın və gözlərinizi yavaş saat istiqamətdə, dairəvi formada çevirin. Bu məşq saat istiqamətində 5 dəfə, sonra saat istiqamətinin tərsində 5 dəfə təkrarlayın.