Qadin.NET / Sağlam dişlərə sahib olmaq üçün nə etməli?

Sağlam dişlərə sahib olmaq üçün nə etməli?


Dişlərinizi fırçalayarkən vaxta baxın
Diş həkimləri ən az 2 dəqiqə diş fırçalamağı tövsiyə edirlər. Dişlərinizi fırçalamağa başlayanda vaxta baxın. Beləliklə, dişlərinizi tamamilə təmizləmiş olacaqsınız.

Dişlərinizi müəyyən texnika ilə fırçalayın
Dişlərinizi fırçalayarkən xəfif dairələr cızın, hər yeri fırçaladığınızdan əmin olun. Xüsusilə, arxada qalan dişləri unutmayın. Diş daş təmizliyinə diqqət edin.

Elektrikli diş fırçası istifadə edin
Son illər bir çox markanın çıxardığı elektrikli diş fırçaları var. Sağlam dişlər üçün müsbət təsirə malikdir. Gecə yatmadan əvvəl fırçanı dişlərinizin üstündə gəzdirin.

Dilinizi təmizləyin
Ağız bakteriyaları ən çox dilin üstündə yığılır. Dil təmizliyinə diş təmizliyi kimi diqqqət edin. 

Diş ipindən istifadə edin
Ağız qoxusunun qarşısını almaq üçün diş ipindən istifadə edin. Çürümənin qarşısını da diş ipi ilə ala bilərsiniz.


20 may 2020
GO BACK