Qadin.NET / İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar

İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar

 

Ağız yaraları

Yanıq, kəsik kimi problemlərdə dəri özünü bərpa etməyə çalışar. Bədən dərinin yenilənməsinə kömək etmək üçün yaraya qida baxımından zəngin olan olan qan göndərərək yaranı bərpa etməyə çalışar. Sağalma müddəti immunitetə bağlıdır. İmmunitetdə problem varsa, dərinin sağalması yavaşlayar. Ağız yarası və uçuk kimi halların çoxalması immunitet sisteminin zəiflədiyini göstərə bilər.

İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar

 

Qarındakı şişlik

İmmunitet sisteminin təxminən 70 faizi həzm sistemində yerləşir. İmmunitetlə bağırsaq florası arasında əlaqə var. Şişkinlik, qaz və ya qəbizlik bağırsaqların düzgün işləmədiyini göstərir.

İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar

 

Tez-tez xəstə olmaq

Böyüklər hər il 1-2 dəfə soyuqdəymə halı ilə rastlaşırsa, bu normaldır. Tez-tez təkrarlanan xəstəlik bədənin mikroblar və viruslarla yaxşı mübarizə apara bilmədiyini göstərir. 

İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar

 

İstirahət edəndə də keçməyən yorğunluq

Kifayət qədər yatdığınız halda yorğunsunuzsa, immunitet sisteminizdə problem ola bilər. Yorğun hiss etməyin çox səbəbi ola bilər. Xüsusilə, oynaq ağrıları, mədə bulantısı və iştah azalması kimi hallar immunitetlə bağlı problem olduğunu göstərir.

İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar

26 aprel 2020
GO BACK